"Maraqlı oyunun şahidi olduq. Qol epizodlarımız var idi, sadəcə istifadə edə bilmədik. Rəqib "Qarabağ"a qarşı ciddi müqavimət göstərmişdi. Onların əks-hücumlarının qarşısını ala bildik, oyuna nəzarət edən tərəf biz olduq. Son vuruşlarımız dəqiq alınmadı. Futbolçularımdan razıyam. Oyunu davam etdirib, üzərinə də qoysaq, hər hansı problem yaşamayacağıq".
Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 3-cü turunda bu gün "Sumqayıt"la keçirilən oyundan son mətbuat konfrnasında deyib.
- VAR-la bağlı fikriniz necədir?
- Keçən il də deyirdim, elə hiss edirəm ki, VAR gələndən sonra daha böyük problemlər yaşanacaq. Bu da isbatı. Baş hakimə həmin epizoddan qabaq Sərtan Taşkına qarşı olan kobudluq göstərilmirdi. Buna böyük elm lazım deyildi axı. Altı dəqiqə VAR-a görə dayanmaq olar? İki-üç saat oynayacağıq? 80-ci dəqiqədir 6 dəqiqə pauza verilir. Rəqib də istiahət edir. VAR-a qədər üstünlüyümüz var idi, ondan sonra "Sumqayıt" əks-hücumlara çıxdı. Qərar 2-3 dəqiqədən gec verilməməlidir. Rəvan Hamzadadə danışanda, "toxunuşu görmüşəm" dedi. Amma VAR-dakı hakim epizoda gedib baxmağı tələb edirdi. Yaxşı olardı ki, VAR-da daha təcrübəli hakimlər otursun. Çünki həlledici məqamlar var.
- Təmkin Xəlilzadə və İlkin Muradovun transferə çıxarılması nə ilə bağlıdı?
- Müəyyən şeylər var ki, açıq müzakirə etmək olmur. Hər ikisinə mən hamıdan daha çox etimad göstərmişəm. Müəyyən səbəblar var idi, danışdıq belə qərar qəbul etdik. Yaxşı futbolçulardır, komandada görmək istəyərdim. Amma müəyyən səbəblər var ki, belə qərar qəbul edildi.
- İntizam məsələsidi?
- Mövsümün əvvəli hansı futbolçularla davam edəcəyinə qərar verib, sonradan belə qərar qəbul olunarsa, demək ki, başqa məsələlərdir. Yəni, performansla bağlı deyil.
- Sanki komandanız daim hakim səhvləri ilə üzləşir...
- Bu məsələlər yorucudur. Hakim səhvləri hər yerdə olur, bəzən xeyrimizə də qərar çıxarıla bilər. Epizodlar çoxdur. Amma qabartmıram. VAR-dakı hakim niyə epizodu bir saniyə geri çəkmirdi? Ona da baxmaq lazımdır. Özü də VAR-da oturub. Sanki xətkeşlə kəsilmişdi həmin epizod. Ötən mövsüm haqsızlıqlar olmuşdu. 30 ildir ki, futboldayam və bəzən elə epizodlar olur ki, hakimin səhv edə biləcəyini görürsən. Amma Rəvan Həmzəzadə altı dəqiqə nə haqda danışırdı? Mən Rəvanın nə danışdığını eşidirdim. Amma VAR-dakı hakim tələb edirdi ki, getsin baxsın epizodun təkrarına.
- Təmkin Xəlilzadə ilə İlkin Muradovu icarəyə vermək fikriniz var?
- Buna klub rəhbərliyi qərar verəcək. Hər ikisinə xeyli şans vermişik. Qarşılığında da nələrsə olmalıdır.
- Hansısa qarşıdurma ola bilər?
- Xeyr, heç bir qarşıdurma yoxdur. Biz ailə kimiyik, hamısına böyük qardaş olmuşam. Xüsusilə də yerli futbolçulara. Onlara qayğı göstərmişəm və qarşılığında müəyyən şeylər gözləyirəm. Qarşılığını almadıqda isə məyus oluram. Tələblərinə uyğun gəlmirsə və bu, uzun müddət davam edirsə, müəyyən qərarlar qəbul edirsən. Məsələn, mən indi sol müdafiəçi axtarıram. Çünki hazırda sol cinah müdafiəçimiz yalnız Slavik Alxasovdur. Özüm üçün də çətindir.
- "Sumqayıt" oyunboyu müdafiə olunurdu. Belə olacağını ehtimal edirdiz?
- Düzünü deyim, "Sumqayıt"ın oyunu bu qədər müdafiədən quracağını gözləmirdim. Çünki heyətlərində yaxşı futbolçular var. Onların "Qarabağ"a qarşı oyun planı uğurlu alınmışdı. Ona görə də buna hazır idik. Heyət də demək olar ki, eyni idi. Biz dominantlıq etdik, sadəcə bunu nəticəyə çevirə bilmədik. Yetərincə təcrübəm var. Bilirəm ki, oyun yoxdursa, çətindi. Amma oyun varsa, nəticə gələcək. Rahat olmaq lazımdır, oyunumuzu düzəltsək, hər şey yerini tapacaq.
- Sizcə, hücumçuya ehtiyac var?
- Gedişata baxırıq. Bəzən sərbəst oyunçular da tapmaq mümkündür. Hücum xəttini gücləndirəcək oyunçu təklifi olunsa, razılıq əldə edilsə, istəyərik. Oyunların sayı çoxdur. Mütləq heyəti genişləndirmək lazımdır.(sportal.az)
“Qəbələ” - “Araz-Naxçıvan” matçından - Video
Məğlubiyyətdən sonra baş məqşçi mətbuat konfransına gəlmədi
"Real"ın hədəfinə düşdü
"Tottenhem" ilin ilk qələbəsini qazandı
"Bunu deyə bilmərəm, müqaviləm mövsümün sonunda başa çatır"
"Neftçi"nin baş məşqçisi və hücumçusu derbini buraxacaq
Ramalinqomun dublu, "Sumqayıt"ın qələbəsi - Video
"Barselona" liderliyini möhkəmləndirdi
"Bavariya" 7 qollu matçdan üstün ayrıldı
"Rəhbərliklə danışdıq, gənclərə şans veriləcək" - Saşa İliç
Erkən qeyd edilən çempionluğu 1 qolla əldən verdilər - Video
“Neftçi” - “Qarabağ” oyununun hakimləri açıqlandı
Həm diskvalifikasiya, həm cərimə ilə üzləşdi
“Qəbələ” - “Araz-Naxçıvan”: Heyətlər
"Ayaks"dan gedir
Baş məşqçi: "Ən azından bir salam gözləyirdim"
"Qarabağ" və "Neftçi" birgə bəyanat yaydılar
Mbappe zədələndi
"İmişli" - "Sumqayıt": Heyətlər
"Real" ona qiymət qoydu
“Bütün Azərbaycan o komanda ilə fəxr edəcək” - Rui Jorje
“Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satıldı
Azərbaycanın 4 boksçusu dünya kubokunda yarımfinala yüksəldi
FİFA DÇ-2026-da İranı İtaliya ilə əvəzləcəkmi?
Azərbaycan güləşçisi üçün "qızıl" şansı
“Real” qələbəni belə əldən verdi - Video
“Hakim mənə dəfələrlə “rədd ol” dedi, sonra paltardəyişmə otağına çağırdı” - Yankoviç
“Napoli”dən darmadağın - Video
“Real” sonda qələbəni əldən verdi
“Başakşehir”dən 4 qollu qələbə - Video
Mahirin yoxluğunda “Kayzerslautern” uduzdu
“Məqsədim qızıl medal qazanmaq idi” - Jalə Əliyeva
Yamal La Liqada ən yaxşı seçildi
UEFA onu 6 oyunluq cəzalandırdı: DÇ-2026-nı da buraxa bilər
Jalə Əliyeva bürünc medal qazandı
"Real"da ciddi itki
Azərbaycan güləşçisi finalda!
Kenan Yıldız "Milan"a qarşı oynayacaq, ya yox?
"Tottenhem" psixoloq axtarır
Yenilənən “Azərsun Arena”dan ilk - Video
Ranyeri "Roma"dan ayrıldı - Rəsmi
AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı