“Qarabağ”ın yeni tərəfdaşı - Müqavilə imzalanır

“Qarabağ”ın yeni tərəfdaşı - Müqavilə imzalanır
ÖLKƏ FUTBOLU 21 Avqust 2022 / 18:19 12584
-  A +

“Qarabağ” Futbol Klubu özünə yeni tərəfdaş tapıb.

Qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam təmsilçisi ilə Türkiyənin tanınmış Liv Bona Dea Hospitalı əməkdaşlıqla bağlı razılıq əldə ediblər. Avqustun 24-ü Bakıda tərəflər arasında müqavilənin imzalanması mərasimi keçiriləcək. Bununla bağlı əlavə rəsmi məlumat veriləcək.

Qeyd edək ki, tədbir “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində Çexiyada “Viktoriya”ya qarşı keçirəcəyi oyunun ertəsi gününə təsadüf edəcək.

Müqaviləyə əsasən, Liv Bona Dea Hospitalı “Qarabağ”ın əsas, əvəzedici və akademiyanın tərkibində olan komandalarına tibbi xidmət göstərəcək.

Daha çox


Son xəbərlər
topaz banner