"Sabah"ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 3-cü turunda "Neftçi"yə qalib gəldikləri (2:1) matçdan sonra mətbuat konfransı keçirib. O, əvvəlcə oyun haqqında fikirlərini bölüşüb:
- Parlaq oyun gördük. Hər iki komanda mübarizə apardı. Kişi mübarizəsi oldu. "Neftçi" ilə oyunlarımız hər zaman gərgin keçir. Qələbə qazanmaq istəyirik. Oyun bizim üçün mental cəhətdən də önəmli idi. Azarkeşlər adına da şadam. Yaxşı oyun gördülər.
- "Sabah"ın bu mövsüm çempionluq üçün mübarizə aparacağını deyə bilərik?
- Bu haqda düşünmürük. Əsas məqsədimiz qarşıdakı oyuna yaxşı hazırlaşmaqdır. Daha yaxşı oynamaq, inkişaf etmək lazımdır.
- 3 penalti oldu. Hər birini fərqli oyunçular yerinə yetirdi...
- Əsas penalti vuranımız Kristian Sebalyos idi. İkincidə meydanda yox idi. O olmadığı üçün Aleksey İsayev vurdu. Sonuncunu da Emmanuel Apeh vurdu. Çox istəyirdi ki, penaltini yerinə yetirsin.
- Rəqib baş məşqçi oyunu taktikada deyil, oyunçuların yanaşmasına görə uduzduqlarını dedi. Siz nə düşünürsünüz?
- Əsas olan oyuna necə hazırlaşmaq və 90 dəqiqə necə mübarizə aparmaqdır. Taktika, texnika ikinci plandadır. Fərdi mübarizələrdə daha yaxşı idik. Döyüşməyimiz bizə bu qələbəni qazandırdı.
- Adətən belə oyunlarda motivasiya və psixoloji hazırlıq ön plana çıxır. Komandanı necə hazırlamışdınız?
- Əlbəttə, bunun uzun hekayəsi var. İlk hissədən sonra uşaqlara sakit olmalarını tapşırdım. Əvvəlki oyunlarda "Neftçi"yə qarşı yaxşı oynasaq da, qələbə qazanmamışdıq. Bu dəfə isə alındı.
- "Qarabağ"ın "Viktoriya" ilə oyunu haqda proqnozlarınız nədir?
- "Viktoriya" aqresiv, sərt oyuna üstünlük verir. Öz meydanlarında da belə oynayacaqlarını düşünürəm. "Qarabağ"a soyuqqanlı olmağı arzulayıram. İnanıram ki, mərhələ adlaya biləcəklər, amma çətin olacaq. Qapalı komandalara qarşı oynamaq çətindir. İnanıram ki, "Qarabağ" lazım olan açarı tapa biləcək.
- Bu gün "Neftçi"dən hücum futbolu gözləyirdiniz?
- "Neftçi" avrokubok matçlarında sürətli oyun göstərirdi. Əks-hücumlara yaxşı və tez çıxırdılar. Bu gün onların əsas silahlarından biri budur.
- 3 oyunun 2-də əcnəbi məşqçilərə qarşı oynamısınız, birində isə yerli. Hansına hazırlaşmaq daha çətin olub?
- Fərqləndirməzdim. İlk iki oyun nisbətən daha asan oldu. Bugünkü matç çox çətin keçdi. (futbolpress.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola