"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 3-cü turunda "Sabah"a uduzduqları (1:2) matçdan sonra mətbuat konfransı keçirib. O, əvvəlcə oyun haqqında fikirlərini bölüşüb:
- Biz tərəfdən çox pis oyun oldu. Ürəksiz, həvəssiz... Demək olar, heç nə yox idi. Bu oyunu futbolçularımla bərabər analiz edəcəyik. Belə oynayırıqsa, qələbəyə layiq deyilik. Daha yaxşı oynamalıyıq. Komandada kifayət qədər keyfiyyətli futbolçular var. Hər matça tam hazır olmalıyıq. Oyuna belə yanaşırsansa, qələbə qazanmaq şansın yoxdur. Pis oynasaq belə, ilk hissədə matçın taleyini həll edə bilərdik. Oyunun sonlarında baş verən epizodlar olmalı deyildi. İrəliyə baxmalıyıq. Sabahdan bu görüşü təhlil edəcəyik. Daha çox çalışacağıq.
- Bu gün taktikada həmkarınız Murad Musayevə uduzduğunuzu düşünürsüz?
- Deməzdim. Taktikadan danışanda söhbət dinamikadan gedir. Topa sahib olmağı planlaşdırırdıq. Mərkəzdə 3 texnikalı yarımmüdafiəçimiz var. Daha sürətli oynamalıyıq. İlk hissədə oyunçularım topu çox saxladı, hərəkət etmirdik. Meydanın mərkəzində böyük mübarizəli oyun gedirdi. Biz də buna hazır deyildik.
- "Rapid"lə oyundakı kimi, bu gün də əvəzetmə etmirdiz. Sonluq da eyni oldu...
- Dəyişiklik etmək asan deyil. Hesabda öndə idik. Həm arxada, həm da ortada kifayət qədər oyunçumuz var. Onlar yaxşı görünürdülər. Sadə epizodlar zamanı rəqibə penalti verdik. Bunlara yol verməli deyildik. Biz ailə kimi düşünməliyik. Gənc və təcrübəsiz oyunçularımız da var. İkinci hissədə Mərt Çelik epizodda o cür getməli deyildi. Sadə vəziyyətdə penaltiyə yol verdik. Gənc oyunçudur, daha çox təcrübə qazanmalıdır. Son penalti haqda danışmaq istəmirdim. İrəli atıldıq ki, qol vuraq, amma arxada boşluq verdik.
- "Neftçi" ölkə çempionatındakı ilk ciddi sınaqdan məyus ayrıldı. Çətin olacağını düşünmürsünüz?
- Belə oynasaq, hər oyun çətin olacaq. Oyunçular başa düşməlidir ki, "Neftçi"yə qarşı keçirilən oyunlar belə olacaq. Bizə qarşı mübarizə aparacaqlar, qalib gəlmək istəyəcəklər. İmkanlardan yararlana bilməsək, belə oyunlarda qələbə qazana bilmərik. Mənim üçün, komandam üçün belə məğlubiyyət utancvericidir. Bütün tənqidləri qəbul etməliyik. Başa düşməliyik ki, futbolu ürəklə oynamaq lazımdır.
- Komandanın belə oynamasında səbəb nədir?
- Orta xəttdə hərəkətlilik az idi. Bütün verdiyimiz qərarlar çox ləng oldu. Daha sürətli, tez oynamalıyıq. Düşünürəm ki, oyunun asan keçəcəyini fikirləşdik. "Rapid"lə ev oyunundakı yanaşmaya baxsaq, iki matç arasında yerlə göy arasındakı kimi fərq var.
- Demişdiniz ki, komandama hücum futbolu oynadacağam. Ancaq meydanda bunu görmədik. Komandanın oyunundan narazısınız. Bərbad oyunda günahkar kimi görürsüz?
- Buraya oyunçularımın arxasında gizlənmək üçün gəlməmişəm. Məsuliyyət məndədir. Siz hər şey deyə bilərsiniz, buna haqqınız var. Amma sizə bir sual vermək istəyirəm. Bizim "Aris"lə oyunumuzu, "Rapid"lə ev oyunumuzu bəyənmişdiniz? Bizdə çoxlu yeni gəlmiş legionerlər var. Düşünürəm ki, yeni gələnlər digər komandaları ciddi qəbul etməmişdilər. Bu oyundan sonra gördülər ki, çətin olacaq. Matçdan əvvəl oyunçulardan istəmişdim ki, ciddi oynasınlar, burunları yuxarı qalxmasın, rəqibə hörmətlə yanaşsın. O oyunçulardan biri bu gün 100 faizlik epizodları qola çevirə bilmədi. Sevinmirəm, uduzmuşuq. Baş verənlər oyunçularım üçün dərs olmalı, hər oyuna ciddi yanaşmalıdırlar. Tarixlə yaşaya bilmərik. Hər həftə eyni səviyyədə olmalıyıq. Məqsədimiz çempion olmaqdır. Əvvəldən qarşımıza bu məqsəd qoyulub. Lakin bunu danışmaqla qazanmaq olmur. Oynayaraq əldə etməliyik. Sizin qarşınızda hər zaman oyunçularımı müdafiə edəcəm. Bütün məsuliyyəti üzərimə götürürəm. Çoxlu söhbət olacaq. Günahkar mən və oyunçularımdır. Oyuna ciddi yanaşsaydıq, uduzmazdıq.
- "Rapid"lə oyunlarda da son dəqiqələrdə qol buraxdınız. Bu gün də eyni hal təkrarlandı. Müdafiənin sona qədər etibarlı olmadığını düşünürsüz?
- Müdafiəni bütün komanda yerinə yetirir. Tək arxadakı oyunçulardan söhbət getmir. Növbəti günlərdə üzərimizdə daha gərgin çalışacağıq. Oyunçular da başa düşməlidir ki, ürəksiz yanaşsalar, heç vaxt çempion ola bilməyəcəklər. (futbolpress.az)
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı