“Səbrli olmaq lazımdır, komanda elitaya yeni yüksəlib. Getdikcə hər şey yoluna düşəcək, nəticələr də olacaq”.
Qol.az xəbər verir ki, bu sözləri "Kəpəz"in qapıçısı Kamran İbrahimov klubun mətbuat xidmətinə açıqlamasında deyib. Qolkiper arzulanan nəticələri qazanmaq üçün komandanın azarkeşlərindən vaxt istəyib: “Təqvimə əsasən ardıcıl üç oyun avrokuboklarda oynamış komandalara qarşı çıxış etməliyik. Əlbəttə, bizim üçün çətindir. 1-2 oyundan sonra nəyəsə qərar vermək olmur. “Neftçi” ilə görüşdə azarkeşlərin təzyiqini hiss etdim. Gələcək matçlarda yenə bizim yanımızda olsunlar, dəstək versinlər. Bunu onlardan xahiş edirəm. Söz verirəm ki, hər şey yaxşı olacaq”.
Kamran Premyer Liqanın 2-ci turunda “Neftçi” ilə oyunun nəticəsinə (2:5) də toxunub: “Görüşün ağır keçəcəyini bilirdik. Amma nəticənin belə olacağını gözləmirdik. Qarşılaşmaya da yaxşı köklənmişdik, problem yox idi. Sadəcə, alınmadı. Nə etdiksə, nəticəsi olmadı”.
23 yaşlı qapıçı çıxışı barədə də danışıb. O, düşdüyü durumu bəxtsizliklə bağlayıb: “Futbolda belə bir şey var ki, deyirlər “sənin günün deyildi, nə etsən də, alınmayacaq”. Düz deyirlər, hazırlığımda, motivasiyamda hər hansı bir problem görmürdüm. Oyunun qırılma nöqtəsi qısa vaxtda buraxılan 3 qol oldu. Qollardan sonra toparlana bilmədik. Əvəzedilməyi istəmədim, çünki meydanda qalıb komandaya kömək etməyi düşünürdüm. Əsas heyətdəki yerimi itirib-itirmədiyimi “Qəbələ”yə qarşı görüşdə görəcəyik”.
Qeyd edək ki, Kamran bu il iyunun 22-də "Kəpəz"lə 1 illik müqavilə imzalayıb.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola