"Azarkeşlərə yaratdıqları atmosferə görə təşəkkür edirik. Onlar möhtəşəm idilər. Üç oyundur ki, komandamız əzmkarlıq göstərir, amma qalib gələ bilmirik. Hazırlıq üçün qısa vaxtımız var idi. Çünki oyunlar arasında zaman çox deyildi. Rəqibi yaxşı analiz etmişdik. Cərimə meydançasında yaxşı çoxala bilirdik, ancaq tələskənlik olurdu. Bunu da zaman keçdikcə inkişaf etdirəcəyik. Vaxt lazımdır, gənc və perspektivli futbolçulara sahibik. Onlara inanmalıyıq, şans vermişik. Futbolçularımıza təşəkkür edirəm ki, bu cür oyun göstərdilər".
Qol.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 3-cü turunda evdə "Səbail"lə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Digər oyunlarla müqayisədə Şamaxıda azarkeş kütləsi çoxalır, futbolu sevməyə başlayırlar. Dünən axşam otelin qarşısına yığışmışdılar, futbolçuları dəstəkləməyə gəlmişdilər" - deyə o bildirib.
"Şamaxı"nın baş məşqçisi "Səbail"lə matçda buraxılan qolda kobud səhvə yol verən Fuad Bayramov haqda isə bu cür danışıb: "Komandada olan futbolçuların hamısı bizim üçün əhəmiyyətlidir. Bir səhvə görə Fuad Bayramovu və ya başqasını silib atmaq olmaz. Ona dəstək olmalıyıq. Səhv edə-edə yaxşı yerlərə gələcəklər. Oyundan sonra özü ilə də danışdıq ki, səhvdir, onsuz mümkün deyil. Komanda olaraq da oyundan-oyuna artıracağıq. Hazırlıq dövrümüz də qısa çəkib. Futbolçular məşqdə əzmkarlıq göstərirlər, hamısı oynamaq istəyir. Daha yaxşı “Şamaxı” görəcəksiniz" (sportal.az).
.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola