"Ağır oyun keçdi. İlk əvvəllərdə heç də yaxşı oynamırdıq. Lakin qolumuzu vura bildik. Birinci hissədə komandada hərəkət az idi. Ona görə də fasilədən sonra üç əvəzetmə həyata keçirdik. Hər halda bir xalı qazana bildik. Düşünürəm ki, daha yaxşı nəticə əldə edə bilərdik".
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turununun "Şamaxı" ilə matçından (1:1) sonra deyib.
O, oyunsonrası keçirilən mətbuat konfransında yeni gələn legionerlər haqda da fikirlərini bildirib: "Müdafiədə yox, hücumda hələ ki, istədiyimizi ala bilmirik. Məncə, biz daha çox hücumu fikirləşməliyik. Bəhanə etmək istəmirəm. Biz də fikirləşirik ki, hücumda yer alan legionerlərimiz hələ ki, gözlədiyimiz oyunu oynaya bilmirlər. Əslində biz onların oyununa baxmışıq, bəyənib dəvət etmişik. Düzdü, Qoba Zakpa demək olar ki, qol ötürməsini verdi. Amma Kizito, Franko, Zakpanın potensialı daha yüksəkdir. Ümid edirik ki, gələcək oyunlarda bizə daha çox kömək olacaqlar. Digərlər legionerlərə və həmçinin də yerlilərimizə güvənimiz sonsuzdur".
Qurbanov komandanın yeni transferi Petro Stasyukdan narazılıq edib: "Birinci yarıda rəqibin sağ cinahı daha aktiv idi. Hücumlarını elə həmin cinahdan qururdular. Elə qolu da sağ cinahdan ötürülən asmadan sonra vurdular. Petro Stasyuk işinin öhdəsindən heç də yaxşı gəlmədi. Komandaya bəlkə də bir hücumameyilli futbolçu gətirdik. Hər halda hazırki futbolçularla yola davam edəcəyik" (sportal.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə
“Türkiyədə oynamaq həmişə çətindir” - Andoni İraola