"Gərgin oyun oldu. Hər iki komandada həyəcan var idi. Amma düşünürəm ki, bu, olmalıydı. Çünki hər iki komanda bir-birini tam yaxından tanımırdı. Nə qədər biz TV vasitəsilə baxsaq da, rəqibi canlı hiss etmək başqadır. Düşündüyümdən də bərk komanda gördüm".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə Bakıda keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, qolsuz başa çatan matçı belə şərh edib: "Çox intizamlı komandaya qarşı oynayırdıq. Müdafiədə birəbir oynamaqdan həzz alan komandadır. Buna baxmayaraq, 3-4 yüz faizlik qol imkanlarımız oldu. Düşünülmüş hücumlar etdik. Futbolçulara çox səbrli olmağı tapşırmışdım və bunu gördüm. Rəqib həqiqətən də fiziki cəhətdən güclü idi. Həm əks-hücumlarda, həm də standart vəziyyətlərdə təhlükəli idilər. Buna baxmayaraq, komandam müdafiədə düzgün oynamağı bacardı. Qalır ikinci oyun. Çalışacağıq ki, cavab matçında daha çox güc sərf edək. Oyunçulardan razı qaldım. Neçə illərdir ÇL-də oynamırdılar. Ən böyük təcrübə, inam qazandılar. Azarkeşlərə təşəkkür edirəm".
Qurban Qurbanov hər oyunda fərqli taktiki gedişlər edildiyini bildirib: "Daim futbolçularımdan və özümdən tələb edirəm ki, nəyi yaxşı bacarırıqsa, onu daha da yaxşılaşdıraq. Eyni heyəti görə bilərsiz, amma elə detallar var ki, görünmür bəzi oyunlarda. Hər rəqibə qarşı 1-2 əlavə bəzi kombinasiyalarımız olur, ondan istifadə edirik. Bəzi taktiki gedişlər var. Amma nəyi yaxşı bacarırıqsa, maksimum istifadə edəcəyik. Oyunu analiz etdikdən sonra, boşluqlar, çatışmazlıqlar var idi, aradan qaldırmaq üçün hər şey edəcəyik".
Baş məşqçi səfərə böyük ümidlə gedəcəklərini qeyd edib: "Oyundan sonra bildirdim ki, səfərə böyük inamla gedirik. Şansımız varsa, bundan istifafə edəcəyik. Biz müdafiədə oturmağa getmirik. Çalışacağıq ki, maksimum hücum edək. Əlbəttə ki, rəqib buna nə qədər imkan verir, o da var. 9 nəfər birəbir oyunçularımızla oynadılar. Buna baxmayaraq futbolçularım səbrlə öz epizodlarını göstərdilər. Çox yaxşı epziodlarımız var idi. Qapıçıları yaxşı oynadı. Səfərə ümidlə, inamla gedirik. Qarşıdakı günlərdə rəqibi daha yaxından tanıyacağıq".
Q.Qurbanov bugünkü oyuna görə futbolçuları ilə qürur duyduğunu deyib: "Hər rəqibin üstün cəhəti var. Nədəsə rəqibə uduzurduqsa, rəqib də başqa epizodlarda bizə uduzurdu. Bu, futbolun qanunlarıdır. Çox böyük, zəngin təcrübəyə malik komandaya qaşrı oynayırdıq. Çexiya futbolu böyük təcrübəyə sahibdir. Bizə ciddi yanaşırlar. "Qarabağ"dan ehtiyatlanırlar. Meydanboyu futbolçularıma qarşı birəbir oynamağı tapşırırlar. Bu, futbolda nadir hallarda görünən bir şeydir. Ona görə futbolçularımla qürur duyuram. Dedim, düşünməyin bu, onların sırf oyun stilidir. Bizə qarşı başqa oyun qura bilərdilər. Belə oyunlarda futbolçularımın böyüməsini görürəm. Qarşıdakı oyunda daha çox bizə böyümək və daha çox düşünmək lazım olacaq. Boşluqlar həmişə olur. Bunu normal qarşılayıram. Futbolçular bunu başa düşür və gələn oyunda daha yaxşı olmağa çalışırlar".
Q.Qurbanov oyundan əvvəl bilet satışında problem yaşanmasına da münasibət bildirib: "Heç bir fikrim yoxdur. Biletlərlə problemlər həmişə yaşanıb. 32 min azarkeşə və ondan əlavə olanlara daim nəzarət edə bilmərik. Problem nədədir, bilmirəm. Amma stadion dolu idi və biletlər satılmışdı. Kimsə gecikmişdisə, başqa məsələ. Bu, çox da böyüdüləsi məsələ deyil. Sadəcə olaraq, həm onlayn satılır, həm kassalarda olur. Yerləri də bəllidir. Çox istəyərdim ki, hamı stadionda olsun. Əfsuslar olsun ki, 32 mindən artıq azarkeş stadiona girə bilmirdi. Hər hansı qüsurlar olubsa, üzrlü saysınlar. Bir şeyi bilsinlər ki, mən və futbolçular, klub rəhbərliyi, biz çalışmışıq azarkeşlərimiz razı qalsın, onları sevindirək. Texniki qüsurlar olacaqsa, bizdən asılı olmaz".
Təcrübəli mütəxəssis "Musa Qurbanlı özünü doğrultmağa başlayıb. Onun zamanı nə vaxt çatacaq ki, avrokuboklarda oynasın" sualını isə belə cavablandırıb: "Mənim üçün ağır suallardan biridir. Cavab vermək üçün çətin suallardır. Məncə, tələsmək lazım deyil. Əgər Musa və digər iki eyni səviyyəli oyunçu varsa, hardasa digərinə üstünlük verəcəm. Amma Musa tam üstündürsə, qarşısını ala bilmərəm. Hələ cavandır, zamanı olacaq. Tam hazır olanda, yaxud da biz görəndə ki, tam hazırdı, mütləq istifadə edəcəyik. Əfsuslar olsun ki, meydana 11 nəfər çıxır. Tələsmək lazım deyil. Hər futbolçunun öz zamanı var".
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı
“Qarabağ”ın legioneri ilk dəfə milliyə çağırıldı
Azərbaycan millisi Yaponiya ilə qarşılaşacaq
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir