"Qarabağ"la oyunlar asan olmayacaq" - Erik Yirka

"Qarabağ"la oyunlar asan olmayacaq" - Erik Yirka
ÖLKƏ FUTBOLU 17 Avqust 2022 / 14:20 3176
-  A +

"Bu iki oyunda olmağım mənim üçün böyük motivasiyadır. "Trnava" ilə Avropa Liqasının qrup mərhələsində oynamışam, lakin Çempionlar Liqası başqa səviyyədir".

Qol.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının pley-off mərhələsində bu gün "Qarabağ"la qarşılaşacaq "Viktoriya"nın slovakiyalı futbolçusu Erik Yirka deyib

Sovakiya Futbol Federasiyasının rəsmi saytına müsahibə verən 24 yaşlı yarımmüdafiəçi Ağdam klubu ilə bugünkü oyunun asan olmayacağını bildirib: "Bu mövsüm çətin olacaq. Azarkeşlərimiz bizi çempionatda zirvədə görmək istəyir və yenidən titul qazanacağımıza inanırlar. Çempionlar Liqasının pley-offuna gəlincə, asan olmayacaq. Ancaq yaxşı heyətimiz var və irəliləmək istəyirik".

Qeyd edək ki, bu gün keçiriləcək matç saat 20:45-də start götürəcək. Komandalar arasındakı cavab matçı avqustun 23-də Çexiyada olacaq.

Daha çox


Son xəbərlər
25.04.26  17:14

"Ayaks"dan gedir

25.04.26  15:39

Mbappe zədələndi

24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner