"Ferentsvaroş"la oynamaq istədiyimizi ona görə demişdim ki, "Qarabağ" daha güclü rəqibdir. Yaxşı olardı ki, "Ferentsvaroş"la qarşılaşaq. Bilirik ki, burada hava da isti olacaq, "Qarabağ"ın azarkeşləri də çoxdur. Bunların hamısına hazırlaşıb gəlmişik".
Qol.az xəbər verir ki, bu sözləri Çexiyanln "Viktoriya" klubunun baş məşqçisi Mixal Bilek Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la sabah Bakıda keçiriləcək oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
O, Ağdam klubunu güclü rəqib adlandırıb: "Bilirik ki, stadion dolu olacaq. Çalışacağıq ki, oyuna konsentrasiya olaq. "Qarabağ" bura kimi gəldiyi yolda Polşa, İsveçrə və Macarıstan çempionunu sıradan çıxarıb. Biz də Çexiya çempionuyuq. Təbii ki, "Qarabağ" çox güclü rəqibdir. Əlimizdən gələni edəcəyik".
Baş məşqçi "Sabah müdafiədən oynayacaqsınız" sualını belə cavablandırıb: "Oyunun gedişatını, mövqeləri demək istəməzdim. Sabaha qədər fikirləşəcəyik ki, hansı oyunçu hansı mövqedə oynayacaq. Oyun vaxtı görəcəksiniz hər şeyi.
Mixal Bilek Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyində olduqlarını qeyd edib: "Demək olar ki, biz bir addımlıqdayıq. Ona görə çalışacağıq ki, maksimumu edək. Çox uzun yol gəlmişik. Çalışacağıq ki, sabah qələbə qazanaq və evdə daha sığortalanmış olaq. Sabah bizi nəyin gözlədiyini bilmirik. Oyunda bilinəcək.
"Qarabağ"ın müdafiəsi güclüdür. Ona görə də biz tam bilmirik, əvvəlki sxemlə oynayacağıq ya, yox. Sabaha qədər hər şey daha dəqiq bilinəcək".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə