“Bizim üçün yaxşı oyun oldu. Bu oyun üçün bir az narahat idim. Çünki Avstriyadakı matçın ardından Bakıya qayıtmışdıq".
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 2-ci turunda “Kəpəz” üzərində 5:2 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
Rumıniyalı mütəxəssis matçın ardından mətbuat konfransında komandasından razılıq bildirib: “Komandam orada 120 dəqiqə mübarizə apardı, üzərlərində böyük təzyiq var idi. Hamılıqla oradakı nəticədən üzgün idik. Ona görə də bu gün qələbə qazanmağımıza çox sevinirəm. Komadamı görmək istədiyim epizodları gördüm. Amma əminliklə deyə bilərəm ki, “Neftçi”nin bundan da artıq gücü var. Komandam daha aqressiv olsun və əldə etdiyimiz epizodları bacardığımız qədər qola çevirək”.
- İlk turda “Şamaxı” önünə əvəzedici heyətlə çıxmışdınız. Bu gün əsas heyəti meydana buraxmaqla “Rapid”ə məğlubiyyəti azarkeşlərə unutdurmaq istəyirdiniz?
- Xeyr, mən bunu “Neftçi”yə və nəticələrə görə eləmişəm. “Şamaxı” ilə oyun ərəfəsində Konfrans Liqasında mərhələ adlamaq üçün şansımız var idi. Növbəti mərhələyə adlasaydıq, bu gün də ilk turda atdığım addımı atacaqdım. Konfrans Liqasında mübarizəni dayandırdığımız üçün əvəzedici heyətlə meydana çıxmaq üçün heç bir səbəb yox idi.
- Deyəsən “Rapid”lə oyunu hələ də unuda bilməmisiniz...
- Onu unutmaq asan deyil. Çünki həmin turnirdə irəliləmək üçün böyük şansımız var idi. Bundan ötrü gərgin işləyirdik. Bunu unutmamalı, nəticə çıxarmalıyıq ki, daha güclü olaq. Sadəcə, komandamı total, aqressiv, hücumameyilli futbol oyayan kimi görüm. Çünki bizdə həmin şəkildə oynamağı bacaran keyfiyyət var.
- Dediniz ki, bəzi epizodlarda istədiyim komandanı gördüm. Ola bilərmi ki, “Kəpəz”in səviyyəsi sizə bu imkanı verdi?
- Mən belə düşünmürəm. Bəzi epizodlardan məmnun qaldım. Çünki futbolçular oyunu ciddi qəbul eləmişdilər. Yüz faiz kökləndikləri epizodlarda mükəmməl kombinasiyalar yaradırdılar. Aqressiv idilər, daha çox qol vura bilərdilər. Bunu bir neçə epizodda deyil, 90 dəqiqə ərzində görmək istəyirəm. Bütün oyunboyu belə olmaya bilərsən. Çünki rəqib güclü ola bilər. Biz daha da inkişaf etmək istəyirik.
- Rəhman Hacıyevi sonradan meydana buraxsanız da, ardından əvəzlədiniz. Bu dəyişiklik futbolçu ilə aranızda hansısa konfliktdən xəbər vermir?
- Xeyr. Rəhman oyunundan narazı olmalıdır. Çünki onun günü deyildi. Amma mənim üçün Rəhman keyfiyyətli futbolçudur. Sürətindən, texniki bacarığından yararlanmalıdır ki, komandaya xeyri dəysin. Emin Mahmudov və Rəhman Hacıyevi daha çox meydanda saxlamağa qərar verdim. Çünki Yeqor Boqomolski hələ tam hazır deyil. Ona hücumçu kimi oynamasını deməmişdim. Amma texniki bacarıqları olduğu üçün irəlidə çıxış etdi. Onunla heç bir konfliktim yoxdur. Sevinirəm ki, oyunundan narazı qaldı. Əminəm ki, gələn matçda daha yaxşı olacaq.
- Yeni transfer Vato Arveladzenin çıxışı barədə nə deyə bilərsiniz?
- Vato yaxşı oyunçudur, bizə çox köməyi dəyəcək. Cəim bir həftədir bizimlədir. Hələ tam hazır deyil ki, istədiyimiz oyunu göstərə bilsin. Ehtiyatlı davranmalıyıq ki, oyunçular zədələnməsin. Adaptasiya üçün ona daha çox vaxt lazımdır.(apasport.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə