Niyə bizdə o əjdahadan yoxdur? Bu, çox aktual və ironik sualdır. Hər ümumi problemlə üzləşəndə, bu ənənəvi sualı dilimizə gətiririk.
İndi Ağdamdan Bakıya qayıdıram. Yolboyu fikirləşirəm və qənaətə gəlirəm ki, əslində, o əjdahadan bizdə var. Vallah, var...
Məsələn, Çempionlar Liqası matçına stadiondan baxmaq istəyən Parisdə hansısa idarə rəisi, məmur və ya iş adamı PSJ-nin prezidenti Naser əl-Xəlaifiyə zəng edib oyuna pulsuz bilet istəyə bilərmi? Əsla! Birincisi, bu, bir parisli üçün qeyri-etik davranışdır, ikincisi də, gərək əjdaha ürəyi yeyəsən.
Bizdə isə o “əjdahalardan” kifayət qədərdir. Sizi tam əmin edirəm ki, indi, elə bu dəqiqə “Qarabağ” rəhbərliyinin, rəsmilərinin telefonu susmur. Qiyməti 2500-3000 manat olan telefonlardan gələn zənglər “Qarabağ” - “Viktoriya” matçına bilet axtarır, daha doğrusu pulsuz bilet...
Halbuki bu qarşılaşmanın ən bahalı, VİP bileti 100 manatdır. Amma nə olsun? İstirahəti üçün Bodrumu, Antalyanı, Avropa şəhərlərini seçənlər, 50-100 manatlıq biletə görə sürücüsünü klubun bazasına göndərir və tapşırır ki, demişəm, get biletləri götür.
Axı niyə? Dünyanın hansı ölkəsində belə bir təcrübə var? Niyə klubdan pulsuz forma, top, bilet istənilməlidir ki? Məgər, “Qarabağ”ın fan-şopu yoxdur? Və ya bu şəxslərin aylıq 400-500 manata işləyib Ağdam klubunun səfər matçlarına getmək üçün pul xərcləyən, bilet alan və hər oyunda klubun qələbəsinə görə qışqırmaqdan, dəstək olmaqdan boğazını yırtan siravi azarkeşlərindən nəyi artıqdır?
Heç nəyi!
İndi oyunöncəsi Qurban Qurbanov rəqibi analiz etsinmi, yoxsa kiməsə bilet tapmaqla məşğul olsun? Klubun idaərəçiləri vacib qarşılaşmanın təşkili məsələləri ilə məşğul olsunlarmı, yoxsa bilet istəyənlərin zənglərinə cavab versinlər?..
Unutmayaq ki, “Qarabağ” bu ölkə üçün çox böyük dəyərdir. Birmənalı bir nömrədir. Şikəstlik dərəcəsini müəyyən etməyin qeyri-mümkün olduğu ölkə futbolunda ən sağlam idarə olunan tək-tük klublardandır. Öz büdcəsini də tək sponsor və avrokuboklarda qazandığı uğurların hesabına formalaşdırır. Bilet satışınından da gəlir əldə etməsi ən doğal haqqıdır.
Hansısa iş adamı 50-100 manatına qıymayıb pulsuz bilet sevdasına düşəcəksə, onun “Qarabağ”a hansı dəstəyindən söhbət gedə bilər? Onun azarkeşliyinin səmimiliyinə inanmaq olarmı? Nəzərə alaq ki, Kadi Borges “Qarabağ”da pulsuz oynamır. Zubir də bizim qara qaşımıza, qara gözümüzə vurulmayıb.
Emin Səfərov, Qafqazinfo.az
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə