“Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya” (Çexiya) ilə ev oyununun biletləri bu gündən satışa çıxarılıb.
Qol.az xəbər verir ki, bilet satışa çıxarıldıqdan ilk dəqiqədən etibarən azarkeşlər "İticket" şirkətinin saytında bilet almaqda problemlə üzləşib. Sayta girişdə bir xeyli çətinliklər olub.
Məsələ ilə bağlı Qol.az saytına klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə açıqlama verib. O bildirib ki, bu oyuna gözləniləndən artıq maraq var. Buna görə azarkeşlərə təşəkkür edən G.Abbaszadə saytda texniki problemlər yarandığını vurğulayıb:
"Bunun səbəbi eyni anda təxminən 100 min insanın "Qarabağ"ın oyununa bilet almaq istəməsi olub. Bunun nəticəsində də saytın serverlərində həddindən artıq yüklənmə olub. Bu da texniki problemlərə gətirib çıxarıb. Biz əvvəlcədən açıqlamışdı ki, biletlə bağlı bütün məsələləri "İticket" şirkətinə həvalə etmişik. Bilet satışı ilə məşğul olan məhz "İticket" şirkətidir. Dərhal biz klub olaraq şirkətlə əlaqə saxladıq. Bu texniki nasazlığı tezliklə aradan qaldırmağa çalışırlar. Azarkeşlər narahat olmasınlar. Yaxın saatlar onlayn satış bərpa olunacaq. Hal-hazırda kassalarda satış davam edir".
Xatırladaq ki, "Qarabağ"la "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda keçiriləcək və saat 20:45-də başlayacaq. Avqustun 23-də Çexiyada oynanılacaq cavab matçı isə Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə