Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Abubakr Abakarov (86 kq) final görüşünə çıxıb.
Qol.az xəbər verir ki, o, iranlı Alirza Kərimi ilə qarşılaşıb. Təmsilçimiz 0:9 hesabı ilə geridə olduğu vaxt zədələnərək, mübarizəni davam etdirə bilməyib. O, turniri gümüş medalla başa vurub
Beləliklə, Azərbaycan güləşçiləri günü 6 medalla başa vurub. Daha əvvəl qadın güləşçi Mariya Stadnik (50 kq) və sərbəst güləşçilər Hacı Əliyevlə (65 kq) Turan Bayramov (74 kq) qızıl, digər qadın güləşçi Alyona Kolesnik (59 kq) gümüş, daha bir sərbəst güləşçi Əliabbas Rzazadə (57 kq) bürünc medala sahib olub.
Bununla da gün ərzində mübarizə aparan bütün güləşçilərimiz medal qazanıblar.
***
Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən sərbəst güləşçi Turan Bayramov (74 kq) final görüşünə çıxıb.
Qol.az xəbər verir ki, o, həlledici görüşdə iranlı Məhəmmədsadıq Firuzpura 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi olub.
***
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Qol.az xəbər verir ki, o, Albaniya təmsilçisi Zəlimxan Abakarovla üz-üzə gəlib.
Rəqibini təmiz qələbə ilə məğlub edən Əliyev ardıcıl 2-ci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmışdı.
***
Türkiyənin Konya şəhərindəki 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın güləşçi Mariya Stadnik (50 kq) final görüşünə çıxıb.
Qol.az xəbər verir ki, o, finalda özbəkistanlı Jasmina İmmayevaya 10:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Beləliklə, Stadnik karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdu.
***
Azərbaycanın daha 3 güləşçisi Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarında finala adlayıb.
Qol.az xəbər verir ki, qadın güləşçimiz Mariya Stadnik (50 kq) yarımfinalda tunisli Sarra Hamdi ilə qarşılaşıb. Rəqibini 39 saniyəyə 10:0 hesabı ilə məğlub edən Stadnik finala adlamaqla, ən azı gümüş medalı təmin edib.
Turan Bayramov (74 kq) yarımfinalda əlcəzairli Abdelkader İkkala 11:0 hesabı ilə qalib gəlib. 86 kq-da yer alan Abubakr Abakarov isə finala gedən yolda türkiyəli Osman Göçeni 7:6 hesabı ilə məğlub edib. Hər iki güləşçi ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, Hacı Əliyev də (65 kq) adını finala yazdırıb.
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər
Skaloni: "Argentina millisi üçün vacib dövr başlayır"
Misli Premyer Liqasında növbəti baş məşqçi istefası
İspaniya millisi ilə yola davam…
Azərbaycandan Pakistan millisinə çağırıldı
Haalanddan maraqlı göstərici
Koul Palmer millinin heyətindən kənarda qaldı
“Zirə”nin üç legioneri milli komandalara dəvət aldı
“Barselona” futbolçusuna 500 milyon avro qiymət qoydu
Evində-eşiyində oynamamağın zülmü
“Sabah”ın oyunçusunun bu görüntüsü maraq doğurdu - Video
Almaniya millisi ilə vidalaşdı
Yenə Gəncə, yenə ən çox azarkeş!
1000-ci oyun, 550-ci qələbə