Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendinin futbol üzrə Azərbaycan Premyer Liqasının titul sponsorluğuna dair müqavilənin imzalanma mərasimi keçirilib.
Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, mMüqaviləni “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Zafer Reisoğlu və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov imzalayıblar.
Ölkəmizdə idmanın kütləviləşməsi yönündə dəstək göstərən “Misli” Azərbaycan Premyer Liqasının əsas sponsoru olacaq və ölkə çempionatı “Misli Premyer Liqası” adlanacaq.
Peşəkar Futbol Liqası ilə “Misli” arasındakı əməkdaşlıq “Misli Premyer Liqası”nın daha da maraqlı keçirilməsi, idman mübarizəsinin daha yüksək səviyyəyə qaldırılması, oyunların keçirilməsində əməyi olan şəxslərin iş şəraitinin yaxşılaşdırılması, kadr ehtiyatlarının beynəlxalq təcrübə əsasında peşəkarlaşdırılması, zənginləşdirilməsi, beynəlxalq təşəkilatlarla əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi, mövsümün gedişində, eləcə də sonunda müxtəlif idman tədbirlərinin və mükafatlandırma mərasiminin yüksək səviyyədə təşkili, həmçinin həyata keçirilməsi planlaşdırılan layihələrin gerçəkləşdirilməsinə səbəb olacaq.
“Misli” ilə əməkdaşlığın önəmindən bəhs edən AFFA-nın prezidenti Rövnəq Abdullayev razılaşmanın futbolun inkişafına daha da təkan verəcəyini bildirib, “Misli Premyer Liqası”nın futbolun populyarlığı baxımından mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Mərasimdə çıxış edən “Demirören Holding” şirkətinin İdarə Heyətinin sədri Yıldırım Demirören “Misli”nin Azərbaycan Premyer Liqasının baş sponsoru olması ilə ölkə futbolunun inkişafına mühüm töhfə verəcəyini vurğulayıb. Bildirilib ki, “Misli” hər zaman idmanın tərəqqisinə diqqət və qayğı göstərərək bu yolda dövlətin prioritet siyasətinə dəstək olmağa davam edəcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə