"Qarabağ"a və Azərbaycana yaraşan futbol oynadıq. Biz səfərdən möhtəşəm qələbə ilə qayıtdıq. Fəxr edirik və çox sevinirik".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstanda "Ferenstvaroş"u 3:1 hesabı ilə məğlub etdikləri cavab oyunundan sonra Bakıya qayıdarkən Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib.
Klub rəhbəri bu komandanın tarixin ən güclü "Qarabağ"ı olduğunu bildirərək pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə görüşlərdə yaxşı nəticə qazanacaqlarına inandığını qeyd edib: "Bir həftə sonra rəqib Bakıya gələcək. Avqustun 23-də cavab qarşılaşması gerçəkləşəcək. Bu, mənim doğum günümə təsadüf edir. Mən də həmin vaxt səfərdə olacağam. Məncə, bu, tarixin ən güclü "Qarabağ"ıdır. Kadi Borges və Riçard Almeydanın cavab görüşündə iştirak etməsi bizə çox köməklik etdi. İnanıram ki, "Qarabağ" qarşıdakı oyunlarda da bizi sevindirəcək. "Qarabağ" çox cəsarətli oyun sərgiləyir. Hesab edirəm ki, pley-offda da öz bacarığımızı göstərəcəyik. Klubumuza inanıram".
Tahir Gözəl artıq "Qarabağ"ın Avropada tanınan brend olduğunu deyib: "Səfərə çıxanda və "Qarabağ"ın prezidentiyəm deyəndə bizi tanıyırlar. İtaliyada restoranda dedilər ki, "Roma" ilə görüşümüzü xatırlayırlar. Artıq "Qarabağ" tanınan brenddir. Bunun üçün fəxr edirəm. Daim diqqət mərkəzindəyik və oyunçularımıza da tələbat var.
Bizim məqsədimiz "Qarabağ"ın adını, ölkəmizi böyük şərəflə dünyada tanıtmaqdır. Çempionlar Liqasındakı oyunlar maddi cəhətdən də "Qarabağ"a çox köməklik edir. Bildiyiniz kimi, klubun öz gəliri yoxdur. Ən böyük sponsoru "Azersun Holdinq"in sayəsində buralara gəlib. Avrokuboklar "Qarabağ"ın gələcəyi üçün çox önəmlidir. Hər şey göstərir ki, biz doğru yoldayıq".
Klub rəhbəri bəzi xarici klubların onlardan stabilliyin sirlərini soruşduğunu deyib: "14 il eyni baş məşqçi ilə yola davam etmək rekorddur. Mənim onlara cavabım odur ki, "Qarabağ"ın özünəməxsus hekayəsi var. Bu klub özünü göstərmək istəyən, pul qazanmaq haqqında fikirləşən prezidentdən və futbolçulardan ibarət deyil. "Qarabağ"ın hekayəsi hamımıza ilham verir. "Qarabağ" adı bizə böyük məsuliyyət verir. "Ferentsvaroş"un azarkeşi oyundan sonra mənə dedi ki, "Qarabağ"da güc var idi. Siz həmin işıq və motivasiya hesabına qalib gəldiniz".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə