"Oyuna çox inamsız başladıq. Buna isə bir neçə səbəb gətirmək olar. Çempionat yeni başlayıb. Birinci hissədə rəqibə oynamaq üçün kifayət qədər şans verdik. İkinci yarıda daha çox hücum etməyə çalışdıq. Vəziyyəti bərabərləşdirmək istəsək də, bunu bacarmadıq".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Premyer Liqanın ilk turunun "Sabah"la oyunundan sonra keçirilən mətbuat konfransında deyib.
- Standart vəziyyətlərdə komanda ev tapşırıqlarının olduğunu göstərirdi. Bu, komandanın yeni mövsümdəki "vizit kartı" olacaq?
- "Vizit kartı"mız olacağını deyə bilmərəm. Çünki istənilən komandanın standart vəziyyətlər zamanı hansısa ev tapşırığı yerinə yetirir. Bu gün qol vurub vəziyyəti dəyişmək istəyirdik. Ona görə də standart vəziyyətlər zamanı nəticə əldə etməyə çalışdıq. Amma bunu bacarmadıq. Çalışacağıq ki, standart vəziyyətlərdən növbəti turlarda hansısa üstünlük əldə edək.
- Bu gün "Sumqayıt"ın start heyətində meydana 6 yeni transfer çıxmışdı. Komandanın istədiyiniz kimi oynaması üçün nə qədər vaxt lazımdır?
- Bu gün bizə gələn yeni futbolçular var və burada onlar üçün hər şey yenidir. Onların ölkəyə və komandaya uyğunlaşmalıdır. İlk dəfədir ki, kluba legionerlər gəlib. Bu, həm rəhbərlik, həm də məşqçilər korpusu üçün yeni təcrübədir. Hansısa futbolçu komandaya tez uyğunlaşır, hansısa gec. Biz məşqlərdə bunun üzərində işləyirik.
- Filipe Çabinin oyundan öncə ayağında ağrılar var idi. Həkimlər bu haqda sizə bildirmişdi?
- O, birinci hissədə deyil, ikinci hissənin ortalarında əvəzləndi. Məşqdə ağrıları var idi, amma həkimlər onu hazır vəziyyətə gətirdilər. Bu gün səhər də mənə onun oynaya biləcəyini bildirdilər. Standart vəziyyətlərindən azad etdik ki, ağrıları çox olmasın.
- Legionersiz "Sumqayıt", yoxsa legionerli "Sumqayıt"?
- Bu haqda danışmaq yeni gələnlərə, bundan qabaq Azərbaycan pasportu ilə oynayanlara, həmçinin məndən əvvəl yerli futbolçularla işləyən məşqçilərə qarşı düzgün olmazdı.
- Anatoli Nuriyevin vurduğu qol zamanı səhv kimdə idi? Elvin Bədəlova bu qədər güvənirsiniz?
- Hansısa futbolçunun yaxşı və ya zəif olması haqda danışmaq olmaz. Sırf bu gün üçün heyət belə qurulmuşdu. Buraxılan qolda yalnız Bədəlovu günahlandırmaq düzgün olmaz. İstənilən qol zəncirvari səhvlərdən əmələ gəlir. Nuriyevin vurduğu qolda "Sabah" futbolçuları cinahı yardı və ötürmə edib qollarını vurdu. Biz də cinahdan irəliləyirdik, amma ötürmə edəndə ya qapıçının üzərinə gedirdi, ya da arxaya düşürdü. Buraxılan qolda sırf hansısa futbolçunun günahlandırmaq doğru olmaz.(sportal.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə