"Üç xal qazandığımıza görə sevinirəm. Bizim üçün bir az çətin perioddur. Bugünkü oyunun start heyətində daha çox ikinci heyətdə yer alan futbolçular var idi. Onlar da şans, təcrübə qazanmalıdır".
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 1-ci turunun "Şamaxı" ilə matçından sonra keçirilən mətbuat konfransında deyib.
"Əsas düşüncəmiz də avrokuboklarda növbəti mərhələyə adlamaqdır. Meydança süni örtüklü olduğuna görə futbolçularımın zədələnə biləcəyindən narahat idim. Qapıçımızı itirdik və bu, üzücüdür. Ümidvaram ki, Aqil tezliklə komandaya qoşulacaq. İndi hazırda cəmi iki qapıçımız var. Çünki Rza da milli komandanın heyətindədir. Çətin vəziyyətdəyik" - deyə rumıniyalı mütəxəssis bildirib.
O, əsas heyətdə meydana çıxan gənc futbolçular barədə də fikirlərini bildirib: "Bütün futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Bu görüş Avstriyada keçirəcəyimiz "Rapid"lə oyuna hazırladığımız planın bir hissəsi idi. Əsas odur ki, üç xalı qazandıq. Uşaqlardan pozitiv siqnallar aldım. Fasilə zamanı onlara dedim ki, özlərinə daha çox inanmalı, meydanda daha təhlükəli, qapıya daha meyilli olmalıdırlar. Hamısı birlikdə demək olar ki, ilk dəfə idi oynayırdılar. Meydanda çox aqressiv idilər, rəqibə yaxın oynamağa çalışırdılar. Top itkisindən sonra onu dərhal qazanmağa çalışırdıq. Topa daha çox biz sahib idik. Düşünürəm ki, oyundan-oyuna daha da artıracaqlar və inam gələcək".
Regekampf "Başakşehir"dən yenidən icarəyə götürülən Mert Çelik və "Minsk"dən transfer edilən Yegor Boqomolski barədə isə bu cür danışıb: "Rapid"ə qarşı hansı heyətin oynayacağından danışmayacam. Sırf olaraq, Mert haqda da danışmaq istəmirəm. Düşünürəm ki, bu gün müdafiə xəttindəki futbolçuların hamısı yaxşı oyun göstərdi. Biz Mertin keyfiyyətini bilirdik, ona görə komandamıza cəlb etdik. Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyiriksə, oyunçuların hamısı oynamalıdır. Ağır proqramdır, amma yüksək səviyyə tələb olunur.
Yeqorun ilk rəsmi oyunu idi. O, bu gün çox qaçdı, mübarizə apardı, birinci hissədə də qol vurmaq üçün şans əldə etdi. Son saniyədə isə qərar verə bilmədi. Yeqor gənc futbolçudur, amma döyüşkəndir, səviyyəsini qaldırmaq üçün kifayət qədər vaxtı var".
"Neftçi"nin çalışdırıcısı ikinci hissədə zədələnərək oyunu yarımçıq tərk edən Aqil Məmmədovun durumunun hələ aydın olmadığını söyləyib: "Aqilin durumunun nə yerdə olduğunu dəqiq bilmirəm. Oyundan sonra ona yaxınlaşdım. İlk təəssüratım odur ki, burnu qırılıb. Gözləməliyik, xəstəxanaya getdikdən sonra durumunu biləcəyik. Amma hazırda onun durumu yaxşı görünmür".(sportal.az)
Rafinyadan het-trik
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
"Sabah"ın 3 qollu qələbəsindən - Video
“Təsadüfi işlə uğur qazanmaq mümkün deyil” - Fərid Namazov
UEFA İrlandiyanın tələbini rədd etdi
"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Vüsal oynadı, komandası qələbə qazandı
"Turan Tovuz" "Zirə"ni belə məğlub etdi - Video
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
"Traktor"un qapıçısı "Sumqayıt"da
"Sabah"ın sabiq futbolçusu vətəninə qayıtdı
Mahirin komandasından növbəti məğlubiyyət
"Sabah" - "İmişli" matçının heyətləri açıqlandı
“Arsenal” Premyer Liqa futbolçularını hədəfə aldı
"Tottenhem" uduzdu, azarkeşlər istefa tələb etdi
Ronaldo yenidən "İmişli"də
Prezidentdən İsgəndər Cavadovla bağlı sərəncam
"Turan Tovuz" - "Zirə": Heyətlər
Dünya nəhəngləri 15 yaşlı futbolçu üçün mübarizə aparır
UEFA FİFA-dan bunu tələb etdi
İtaliya millisinin Türkiyə ilə oyun üçün heyəti açıqlandı
Əfsanəvi futbolçu vəfat etdi
"Kəpəz" 2 yoxlama oyunu keçirəcək
“Onun artıq 35 yaşı, mənim isə 4 illik layihəm var” - Zidan
“Şəfa”nın legioneri: “Qarabağ” daha üstün oynadı” - Video
Xabi Alonso “Çelsi”də də məyus edir
“Qarabağ” hər oyunda 4-5 qol vurmaq istəyir…” - Video
Bundesliqa klubundan baş məşqçi qərarı
Qattuzo: "İkardinin "Latsio"ya transferi mümkün deyil"
Bakıda dünya çempionatı – 191 ölkə, 1000-ə yaxın oyun
De la Fuente Millətlər Liqasının yeni formatını tənqid etdi
Harri Keyn Bundesliqada tarix yazdı
“Çelsi” səfərdə məğlub oldu
“Bavariya”dan darmadağın
"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı
Yankoviçin qolu qələbə gətirdi - Video
"Daha güclü “Şəfa” görəcəyik" - Zaur Həşimov