“Futbol qanunlarından biri də odur ki, komandanın oyunu varsa, zədəli və ya cəzalı futbolçular olsa da, ənənəvi oyunu göstərə bilirlər. “Qarabağ”da da belə oldu. Bir neçə aparıcı futbolçusu meydana çıxmasa da, fərqi o qədər də hiss etmədik. Çünki “Qarabağ”ın öz oyunu var”.
Bu sözləri Qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bakıda “Ferentsvaroş”la keçirilən oyunu (1:1) haqda danışarkən deyib.
“Qarabağ”ın rəqibdən üstün olduğunu bildirən təcrübəli mütəxəssis Ağdam klubunun yaxşı hücumçuya ehtiyacı olduğunu da qeyd edib: “Oyunda barəbərlik oldu, amma mən heyfsləndim. Çünki “Qarabağ”ın qol epizodları çox oldu. Bu vəziyyətlərdən yararlanmaq lazım idi. “Qarabağ” bu oyunu udmalıydı. Hərtərəfli rəqibdən üstün idi. Açıq deyək ki, “Qarabağ”da oyunu həll edən futbolçu yoxdur. Hücumçunun qol vurmaq keyfiyyəti olmalıdır. Ümumiyyətlə, son illər Avropada yaxşı hücumçu az yetişir. “Qarabağ”a fərdi hücumçu keyfiyyətləri üstün olan oyunçu lazımdır. Amma “Ferentsvaroş”la oyunda yaxşı çıxış etdilər. Müdafiə xətti də inamlı idi. Qol buraxsalar da, bu, səhvdən olmadı. Ümumiyyətlə, “Ferentsvaroş” ancaq standart vəziyyətlərdə “Qarabağ”a təhlükə yarada bilirdi. Ancaq təcrübəli, yaxşı futbolçuları var. Hava toplarında yaxşı idilər”.
Mircavadov “Qarabağ”ın mərhələni keçəcəyinə inandığını bildirib: “Qarabağ” cavab matçında da öz oyununu dəyişməyəcək. Bu komandanın elə oyun sistemi var ki, rəqibin və ya məkanın fərqi yoxdur. Bu oyun sistemi ilə oynayırlar və uğur qazanırlar. Səfərdəki görüşdə “Qarabağ”a təkcə buradakı azarkeş dəstəyi çatmayacaq. “Ferentsvaroş” Bakıda “Qarabağ”a problem yarada bilmədi. Orada necə oynayacaqlar, bilmirəm. “Qarabağ” səfərdə çox rahat oynayır. Mən inanıram ki, “Qarabağ” bu mərhələni keçəcək”.
Millimizin sabiq baş məşqçisi “Neftçi” haqda nikbin danışmayıb. O, “ağ-qaralar”ın Konfrans Liqasının son iki matçında qalib gəlməsinə baxmayaraq, komandada oyun keyfiyyətinin aşağı olduğunu deyib: “Neftçi” böyük dərddir. Yalnız istəklə nəsə etmək olmaz. 1-2 oyun uda bilərsən, amma çox qabağa gedə bilməzsən. “Neftçi”də problemlər çoxdur. Müdafiə və orta xətdə problemlər görünür. Komandanın beyni orta xətdir. “Neftçi”də istək var, amma keyfiyyət çox aşağıdır. “Rapid”lə matçın ikinci hissəsində oyunu əks hücumdan qurdular, amma nəsə edə bilmədilər. Rəqibdə isə çoxlu qol vəziyyəti oldu. Qapıçımız iki real qola imkan vermədi”.

A.Mircavadov “Neftçi”nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Bakıda “Rapid”ə qalib gəlməsinə (2:1) baxmayaraq, mərhələ keçməyin çətin olacağını qeyd edib: “Ümidliyəm, amma səfərdə ağır olacaq. Hesab 2:0 olsaydı, ümidimiz çox olardı. Komandada xarakter olmalıdır ki, vəziyyətdən çıxa bilsinlər. Ümid həmişə var. Amma indiki halda “Neftçi”nin vaxtı azdır. “Neftçi”nin “Rapid”lə oyununu bəyənmədim. Yaxşı oynamadılar. Mən heç vaxt hesaba baxmıram. Söhbət oyun keyfiyyətindən gedir. Keyfiyyət olanda, nəticə də gəlir”.
Ramiq Ağaməmmədov
“Qaradağ Lökbatan”ın 7 cavabsız qolu - Video
Layiq olduğu dəyəri görməyən ulduzlar kimlərdir?
"Şamaxı"nın legioneri milliyə çağrıldı
Benzemanın klubu kubok matçından sonra hakimi şikayət etdi
Mahirin qol vurub hönkür-hönkür ağladığı o an - Video
"Mançester Yunayted" heyətdə köklü dəyişikliklər edir
"Arsenal"ın lehinə verilən üçüncü yanlış qərar
Milli saxtakarlıq etdi, kubokla vidalaşdı
"Turan Tovuz"un futbolçusu Panama millisində
Tahir Gozellə Zubirin fransızca dialoqu - Video
2026-cı ilin "İdman səfirləri" bəlli oldu
FİFA-dan İran Futbol Federasiyasına cavab gəldi
2-ci liqada liderlər rəqiblərini darmadağın etdi
“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
Bölgə klubu qapıçısı ilə yollarını ayırdı
“Difai” ev oyunlarını Bakıda keçirəcək
"Turan Tovuz"un qapıçısı Tacikistan millisində
Kubokda yarımfinalın cavab oyunlarının vaxtı bilindi
AFFA-da məşqçilərlə görüş keçirildi
“Qarabağ” komandası xalça başında - Video
“Şamaxı” – “Araz-Naxçıvan” matçının hakimləri açıqlandı
Kevin Medina Azərbaycan xalçası toxudu - Video
"Bavariya"nın futbolçusu cəzalandırıldı
Azərbaycan millisi Ukraynaya qarşı
"Təslim olmamışıq" - Elvin Yunuszadə
AFFA bu klubları cərimələdi
Çempionlar Liqası oyunlarını yayımlayacaq kanallar
Neymar milliyə çağırılmamasından danışdı
İran Futbol Federasiyası FİFA-ya müraciət etdi
Bakıda daha bir dünya çempionatı keçiriləcək
“Qarabağ”da daha çox qalmaq istəyərdim” – Simeon Slavçev
UEFA-dan Əliyar Ağayevə yeni təyinat
Ançelotti: "Budo-Qlimt" Avropanın ən yaxşı komandasıdır"
“Çelsi” Rayan Messini transfer etməyə hazırlaşır
Futbolda bu da oldu, topu robot gətirdi - Video
Çempionlar Liqasında ilk 1/4 fnalçılar müəyyənləşir
Braziliya millisinin heyəti açıqlandı
“Fiorentina” səfərdən 3 xalla qayıdır
Cəlal Hüseynovun komandası 10 nəfərdə qalib gəldi
“Şirvan” qələbə qazandı - Video
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir