Cüneyt Çakır karyerasını bitirdi

Cüneyt Çakır karyerasını bitirdi
ÖLKƏ FUTBOLU 5 Avqust 2022 / 09:50 4550
-  A +

Tanınmış türkiyəli hakim Cüneyt Çakır karyerasını bitirib.

Qol.az xəbər verir ki, bunu Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi yerli mətbuata açıqlamasında deyib.

"Cüneyt Çakır saysız-hesabsız böyük turnirlərdə Türkiyəni uğurla təmsil edib. Onun karyerasını bitirməklə bağlı müraciəti federasiya və Hakimlər Komitəsi tərəfindən müsbət qarşılandı. Çakır üçün vida matçı təşkil etmək istəyirik” - deyə Böyükekşi bildirib.

Qeyd edək ki, 46 yaşlı Çakır 2006-cı ildən FİFA referisi idi. Ötən mövsümün ikinci yarısından Türkiyə Superliqasının oyunlarına təyinat almayan Çakır DÇ-2022-dən də kənarda qalmışdı.

Daha çox


Son xəbərlər
01.03.26  17:06

Bəhluldan yeni xəbər

01.03.26  16:57

ETOPAZ 14 yaşında

01.03.26  13:22

Yamaldan tarixi rekord

topaz banner