“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la (Macarıstan) Bakıda keçirdikləri ilk matç (1:1) haqqında danışıb.
Qol.az xəbər verir ki, o, oyundan dərhal sonra “CBC Sport”a açıqlamasında deyib: "Oyundan çox razı qaldım. Çox yaxşı komandaya qarşı oynadıq. Rəqibin 11 futbolçusunun 11-i də topla çox yaxşı davranırdı. Futbolçularım durmadılar, dayanmadılar. İkinci hissədə qol epizodlarımız da oldu. Hər şey cavab matçına qalır. İlk oyunda rəqibi tam tanıya bilmirsən. Amma inanıram ki, bu istəklə cavab matçında istədiyimizi edə biləcəyik".
Mütəxəssis bildirib ki, müdafiə xəttinə yeni futbolçu almağı düşünmürlər: "Düzü, hələlik sırf müdafiə xəttində transfer barədə düşünmürük. Futbolçular bu gün də göstərdilər ki, elə onlar əsas heyətin oyunçularıdırlar".
Qurbanov cavab oyunu üçün xüsusi dəyişiklik etməyəcəklərini söyləyib: "Dəyişəcək bir şey yoxdur. Sadəcə daha çox iş görmək lazım olacaq. Rəqib öz meydanında oynayacaq. Biz orada buradakından daha çox güc sərf etməli olacağıq. Bəzi detalları analiz edəcəyik. Səfərə çox rahat halda və böyük istəklə gedəcəyik".
Qeyd edək ki, bu komandalar arasında avqustun 9-da Budapeştdə keçiriləcək cavab qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə