“Hər iki komanda bir-birinə hörmət edir. Ümumiyyətlə, istənilən klubun güclü və zəif tərəfləri olur. “Sabah oyun zamanı bütün müsbət və mənfi tərəfləri düşünməliyik. "Qarabağ" çox güclü komandadır. Bunu da nəzərə almaq lazımdır".
Qol.az xəbər verir ki, bu sözləri Macarıstanın “Ferentsvaroş” klubunun baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
Rusiyalı mütəxəssis "Slovan"la oyununuzda favorit rəqib komanda idi. "Qarabağ"la duelinizdə favorit kimdir" sualını belə cavablandırıb: "Slovan"a evdə uduzduğumuz üçün rəqib favorit sayılırdı. Sabah isə hər şey sıfırdan başlayacaq. Başa düşürük, rəqib öz meydanında çıxış edəcək. Bu, onlar üçün əlavə üstünlükdür. Yalnız bu baxımdan onlar favorit göstərilə bilər. Amma mən bu cütlükdə indi kimisə favorit saymazdım. Sabahkı matç kimin favorit olduğunu göstərəcək.
İlk növbədə bizim özümüzün müəyyən oyun üslubumuz var. Bundan əlavə rəqibin öz meydanında necə oyuna imkan verməsindən də çox şey asılı olacaq".
Çerçesov həmkarı Qurban Qurbanovun artıq 14 ildir "Qarabağ"ı çalışdırmasına da toxunub: "Bu qədər uzun müddət komandanı idarə etmək üçün işini, klubu sevmək, mükəmməl çalışmaq, uğur qazanmağın yollarını bilmək və rəhbərliklə dil tapmaq lazımdır".
Baş məşqçi zədəli futbolçu Frank Bolinin son durumundan danışıb. Bildirib ki, iki gündür komanda ilə birlikdə məşq edən Frankın sabahkı matçda meydana çıxacağna ümid edir.
Çerçesov onu da bildirib ki, 8 ildir avrokubokarın qrupunda oynamasına baxmayaraq, "Qarabağ"dan çəkinmək lazım deyil: "Bu onu göstərir ki, "Qarabağ" yüksək səviyyəli komandadır və bu səviyyədə qalmağı bacarıb. Ancaq rəqibdən çəkinmək yox, onun oyununu təhlil etmək və qalib gəlməyə çalışmaq lazımdır".
Qeyd edək ki, avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 9-da Budapeştdə olacaq
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə