“Əlbəttə ki, bu qərarı yaxşı qarşılamadıq. Çünki biz oyunları Gəncədə keçirməyə hazırlaşırdıq”.
Bu sözləri Qol.az saytına açıqlamasında “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə deyib. O, komandasının 2022/23 mövsümündə Premyer Liqadakı ev oyunlarını Gəncədə yox, Mərdəkandakı “Dalğa Arena”da keçirəcəyi ilə bağlı verilən qərara münasibət bildirib:
“Əvvəllər söhbət oldu ki, oyunlar Gəncədə keçirilsə də, azarkeşlər məhdud sayda olacaq. Axırda çempionatın başlamasına 3 gün qalmış belə qərar verilməsi həm futbolçulara, həm məşqçi heyətinə, həm də klub rəhbərliyinə pis təsir etdi. İstəyərdik ki, Gəncədə - öz meydanmızda oynayaq. Bizim stadionumuz tələblərə uyğundur. Bizə deyilmişdi ki, paltardəyişmə otaqları böyüdülsün, futbolçuların təxliyə olunması üçün yerlər ayrılsın. Hər şey hazır idi. Niyə belə qərar verildi, bilmirəm. Bu gün bölgə klubu Premyer Liqaya gəlirsə, deməli, ev oyunlarını öz meydanında keçirməlidir”.
Y. Vahabzadə bu qərarın komandanın oyununa da təsir edəcəyini deyib: “İstər-istəməz qərar oyuna təsir edəcək. Amma nə dərəcədə olacaq, bunu deyə bilmərəm. Dünən qərar veriləndə məşqin axırıncı günü idi və futbolçuların məyusluğunu görürdük. Yəni, sanki deyirdilər ki, niyə burda yox, Bakıda oynamalıyıq”.
Mütəxəssis həmin qərarın “Kəpəz”ə maddi baxımdan əlavə problem yaratdığını vurğulayıb:
“Onsuz da problemlərimiz çox idi. Bunların üzərinə bu problem də gəldi. Hazırda bu işlərlə klub rəhbərliyi məşğul olur. Premyer Liqanın başlamasına 3 gün qalmış biz o şərtlərə uyğun işlər görməliyik. Orada polis, həkim və sair olmalıdır. Bunların hamısını həll etməliyik. Bu, nə dərəcədə düzgündür? Gəncədə oturmuşuq, 3 gün qalmış belə işləri necə çatdıraq? Heç olmasa, 1-ci turun matçını “Zirə”nin meydanında oynaya bilərdik. Axı, bunu etmək olardı. “Dalğa Arena”da oynamaqdansa, 20 dəqiqə o tərəfə gedib, “Zirə”nin stadionunda oynamaq olardı. Mərdəkanla Zirə arasında 20 dəqiqəlik məsafə var. Ola bilərdi ki, həmin müddətdə nə isə düzələrdi, bərpa işləri görülərdi. Bölgə klubunun Bakıda oynaması gülməlidir. Biz yaxın rayonlardakı meydanlarla da maraqlandıq. Yevlaxa, Şəmkirə, başqa rayonlara da baxdıq. Oradakı meydanların durumu yaxşı deyil, çempionat oyunu keçirmək olmaz. Ən azından başqa komandalar öz meydanında oynayardı, biz o vaxtadək nəsə edərdik. İndi açılış oyunumuzu Gəncədən 400 kilometr kənarda keçirəcəyik. Bu, düzgün deyil. Bu haqda yaxşı-yaxşı fikirləşmək lazımdır. Onsuz da problemlərimiz çox idi, indi daha da artdı. Bizə qarşı düzgün addım atmadılar”.
Y.Vahabzadə bu qərara görə “Kəpəz”in azarkeşlərinin etiraz etdiyini söyləyib:
“Dünən azarkeşlər öz etirazlarını bildirdilər. Gəncədən olan deputatımız da müraciət edib. Hansı addımı ata bilərik? Bu, gülməli qərardır”.
Xatırladaq ki, ötən gün "Kəpəz" ev oyunlarını Gəncədə keçirə bilməyəcəyini açıqlayıb. Buna səbəb Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə əsasən, Gəncə şəhər stadionunda tribunaların qəzalı vəziyyətdə olmasıdır. Komanda çempionatda ilk ev oyununu Bakıda "Dalğa Arena"da keçirəcək.
Qeyd edək ki, Premyer Liqamızda 2022/2023 mövsümünə avqustun 5-də start veriləcək. İlk turda "Kəpəz" "Zirə"ni qəbul edəcək.
Nur Zeynalova
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə