“Neftçi”nin 2-ci mərhələdə “Aris” səddini adlayacağına inanmayanlardan biri elə mən idim. Çünki “Aris”ə 2:0 hesabı ilə uduzduqları ilk matçda komanda oyunu yox idi. Elə baş məşqçi Laurentsiu Regekampf da demişdi ki, biz ilk görüşdə ümumiyyətlə, oyun göstərmədik”.
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, “Neftçi”nin Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Rapid” (Vyana, Avstriya) ilə keçirəcəyi matçlardan gözləntilərini bölüşüb:
“Aris”lə cavab oyununda “Neftçi” pressinq, motivasiya baxımından özünü çox yaxşı göstərdi. Geridönüş edib, 3:0 hesabı ilə qalib gəldilər. Amma oyuna baxsaq, görərik ki, birinci hissədə “Neftçi”nin heyətində yenə də boşluqlar var idi. Çünki “Aris”in də qol imkanları oldu. Sadəcə o şansları reallaşdıra bilmədilər. Bəlkə də bu, “Aris”in təcrübəsizliyinə görə idi. Amma dediyim kimi, “Neftçi”nin haqqını da vermək lazımdır ki, ard-arda, basqılı şəkildə oyun nümayiş etdirdilər, sonda qalib gəldilər. Regekampfın qeyd etdiyi kimi, “Rapid” artıq başqa bir səviyyədədir. Bu, “Aris” deyil. Hesab edirəm ki, “Rapid”lə matçlar “Neftçi” üçün sözün əsl mənasında çətinlik yaradacaq. “Neftçi”nin həm hücum, həm müdafiə xəttində çox boşluqları var. Komandanın üstün tərəfi müdafiə xəttində hava topları ilə yaxşı oynamaqlarıdır. Amma görürsən ki, əks-hücumlarda yaxalana bilirlər. “Neftçi” müdafiədə “Qarabağ” kimi deyil. Top itkisindən sonra 4-5 oyunçu geridə qalmış olur. Rəqib komandalar müdafiə xəttinin üstünə böyük qüvvə ilə çıxa bilirlər. Hesab edirəm ki, “Rapid” belə səhvləri bağışlamayacaq. “Neftçi”nim futbolçuları bu cür səhvlər etməməlidirlər. Sözün düzü, heç “Rapid”in oyun üslubuna baxmamışam. Sadəcə adı “Rapid”dir, Avstriya çempionatında oynayır. Hər halda bizimkindən daha yaxşı bir liqada mübarizə aparırlar. Amma güclü və zəif tərəflərini izləməmişəm. Bilirəm ki, elə bir çempionatda iştirak edən komanda ən azından aşağı səviyyədə olmayacaq. “Rapid” “Aris”dən daha yaxşı səviyyədədir. Bu da bizə əsas verir ki, “Neftçi” adına tədirgin olmağa dəyər. “Neftçi”nin bu mərhələdən qalib ayrılması çətin görünür”.
Qeyd edək ki, avqustun 4-ü "Bakcell Arena"da keçiriləcək “Neftçi” – “Rapid” oyunu saat 21:00-da başlayacaq. Komandalar arasında cavab görüşü avqustun 11-i Avstriyada olacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə