Çərşənbə günü Bakıda təkcə Azərbaycan və Macarıstan çempionları – “Qarabağ”la “Ferentsvaroş” yox, həm də MDB məkanının kifayət qədər tanınan iki məşqçisi – Qurban Qurbanovla Stanislav Çerçesov üz-üzə gələcək.
Komandaların bir-biri ilə qarşılaşacağı bilinəndən sonra hər kəsin marağına səbəb olan əsas məqam da məhz Qurbanov - Çerçesov duelindən kimin qalib ayrılacağıdır.
İki məşqçini kifayət qədər yaxından tanıyan şəxs var. Bu, uzun illər Rusiya Premyer Liqasında “Lokomotiv” (Moskva), “Dinamo” (Moskva), “Mordoviya”, “Anji”, “Rostov” kimi komandaları çalışdırmış, 2013/14 mövsümündə “Qəbələ”yə rəhbərlik etmiş Yuri Syomindir. 75 yaşlı mütəxəssislə söhbətin məğzi “Qarabağ” – “Ferentsvaroş”, Qurbanov – Çerçesov duelləri olsa da, müsahibə fərqli mövzulara da yönəldi.
- Xeyli vaxtdır danışmırıq sizinlə. Necəsiniz?
- Hər şey yaxşıdır. Moskvadayam, evimdə dincəlirəm.
- Bildiyimizə görə işsizsiniz?
- Hələ ki, hə. İctimai işlərlə məşğulam. Görək necə olacaq.
- Çiyinlərində illərin təcrübəsini gəzdirən mütəxəssis nə əcəb işsizdir?
- Yaxşı təklif olacaq, işləyəcəm. Olmayacaq, oturub gözləyəcəm, ictimai fəal kimi davam edəcəm.
- Azərbaycanı xatırlayırsız? Xatirələr yadınıza düşür?
- Əlbəttə. Möhtəşəm günlərim olub “Qəbələ”də, Azərbaycanda. Onları unutmaq olar? Futbolu bilən insanlarla yaxşı işlər gördük, nələrəsə nail olmağa çalışdıq, dostluğu bacaran dostlar qazandım.
- 2014-cü ildən sonra Azərbaycana gəlməmisiz deyəsən?
- Yox, o vaxtdan gedənəm. Amma getmək, gəzmək, dincəlmək, dostlarla görüşmək lazımdır. Yaydır, indi Qəbələnin gözəl vaxtıdır. Nəsib olsa, mütləq Azərbaycana səfər edəcəm.
- Burdakı insanlarla əlaqəniz var?
- Təbii ki. Danışırıq, zəngləşirik.
- Sirr deyilsə, kimlərlə?
- Hamının adını bir-bir çəkmək istəmirəm. O vaxt “Qəbələ” rəhbərliyində kimlər var idisə, demək olar hamısı ilə əlaqəm var. Lazım olanda əlaqə yaradırıq. Bizim hər zaman gözəl münasibətimiz olub, indi də var.
- Bu illər ərzində Azərbaycan klublarından təklif almısız?
- Yox-yox, olmayıb. “Qəbələ”dən sonra mütəmadi işləmişəm axı, işsiz qalmamışam. İşləyən adama niyə təklif göndərsinlər ki?
- Yenidən Azərbaycanda işləmək istərdiniz?
- Niyə də yox?! Sərfəli təklif olandan sonra niyə işləməyim? Maraqlı layihə olsa, qəbul edərəm.
- Sərfəli təklif deyəndə işin maliyyə tərəfini nəzərdə tutursuz yəqin?
- Elə deməzdim. Uğur qazanmaq üçün milyonlara gərək yoxdur. Vacib olan klub rəhbərliyinin səndən nə istəməsi və klubun buna şərait yaratmasıdır. Söhbət hədəfdən və şəraitdən gedir.
- “Qarabağ”la Qurban Qurbanovu da xatırlayırsız yəqin.
- Onları unutmaq olar? Qurban Qurbanov bu gün kifayət qədər tanınan məşqçidir. “Qarabağ”ın Azərbaycanda və Avropada etdikləri onu məşhurlaşdırıb. Fikrimcə, ölkənizin ən yaxşı məşqçilərindən biridir.
- Təkcə Azərbaycanın, yoxsa MDB ölkələrinin də?
- Əlbəttə. 10 ildən çox bir komandada işləmək, ölkə çempionluğunu heç kimə verməmək, avrokuboklarda mütəmadi uğur qazanmaq – bunlar hər məşqçiyə qismət olmur. Qurbanovun qiyməti bahadır. Ona ilk növbədə can sağlığı arzulayıram.
- “Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibinin adını bilirsiz?
- Bilirəm, bilirəm, “Ferentsvaroş”la düşüblər (gülür).
- Güldünüz...
- Qurbanovla Çerçesovu mübarizə meydanında görmək maraqlı olacaq, ona görə.
- Bu barədə eşidəndə reaksiyanız necə oldu?
- Onda da gülümsədim. İlk növbədə hər ikisini bu mərhələyə qədər gəlib çıxdıqlarına görə təbrik etmək lazımdır. İndi də qrupa düşmək üçün mübarizə aparırlar. Bərabər səviyyəli iki komanda oynayacaq. Maraqlı və gərgin oyun izləyəcəyik. Cütün taleyini oyuna yanaşma həll edəcək. Hansı daha yaxşı hazırlaşsa, o da qalib gələn tərəf olacaq.
- Şansları necə dəyərləndirirsiz?
- Bərabər, 50-nin 50-yə. Hər ikisi eyni gücdədir.
- Güc nisbətləri eynidir deyirsiz, şansları bərabər qiymətləndirirsiz. Maraqlıdır, baş məşqçilərin mübarizəsində hansı daha təcrübəlidir? Üstünlüyü hansına verirsiz?
- Hər ikisi ağıllı, işini bacaran, təcrübəlidir. Birini digərindən ayırmıram, ikisi də bacarıqlıdır, ikisinin də işini bəyənirəm.
- Hər ikisinə qarşı oynamısız. Hansına qarşı komanda hazırlamaq daha çətin olub? Və ya, birini digərindən fərqləndirən cəhətlər nədir?
- Mən Çerçesovu çox udmuşam, nəinki Qurbanı (gülür). 1 il Azərbaycanda işlədim, neçə dəfə üz-üzə gəldim, “Qarabağ”ı uda bilmədim.
- Ölkə kubokunda “Qarabağ”ı mübarizədən kənarlaşdırmışdız deyəsən.
- Hə, kubokda məğlub etmişdik onları (“Qəbələ” ölkə kubokunun 1/4 final mərhələsində iki oyunun nəticəsinə görə “Qarabağ”ı mübarizədən kənarlaşdırmışdı – 0:0, 2:1 – red.). Amma çempionatdakı oyunların hamısını uduzmuşduq (4 oyun - 0:1, 3:4, 0:1, 0:3 – red.). Mənim yadımda yenilgilər daha çox qalıb. Statistika var da sizdə, baxıb dəqiqləşdirərsiz.
- Hansı komandaya azarkeşlik edəcəksiz?
- İkisinə də. Ən əsası baxımlı və maraqlı futbola.
- Azərbaycanda sizi tanıyanlara, sevənlərə sözünüz var?
- Hamıya salam göndərirəm və xoş günlər arzulayıram. İstər futbolda olsun, istər ailədə - fərq etməz. Azarkeşlərə komandalarını sevməyi, stadiona getməyi, dəstək verməyi tövsiyə edirəm. Azərbaycanda futbol kifayət qədər yaxşı səviyyəyə yüksəlib. “Qarabağ” hər il qrupa düşür, “Neftçi” “Rapid”i Bakıya gəlməyə məcbur edir. Bunlar zarafat deyil.
Şəxsən tanıdığım dostlarıma ən qısa zamanda görüşəcəyimizi demək istəyirəm. Ümid edirəm, yenidən bir yerdə oturub danışacaq, deyib-güləcəyik. Kazbek Tuayevə salam göndərirəm. Necədir?
- Yaxşıdır, sağ-salamatdır, işləyir.
- Lap yaxşı, təki sağlıq olsun. Çox aktiv adamdır, iş görməyi sevir.
Mənbə: sports.az
Yamal La Liqada ən yaxşı seçildi
UEFA onu 6 oyunluq cəzalandırdı: DÇ-2026-nı da buraxa bilər
Jalə Əliyeva bürünc medal qazandı
"Real"da ciddi itki
Azərbaycan güləşçisi finalda!
Kenan Yıldız "Milan"a qarşı oynayacaq, ya yox?
"Tottenhem" psixoloq axtarır
Yenilənən “Azərsun Arena”dan ilk - Video
Ranyeri "Roma"dan ayrıldı - Rəsmi
AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
De Liqt 5 aydan sonra qayıtdı
Türkiyənin məşhur brendi “Qarabağ”ın tərəfdaşı oldu - Şəkil
Finalın nominal meydan sahibi məlum oldu
Kapitan "Zirə"də qalacaq? - "Danışığımız olub"
AFFA rəsmisi UEFA-nın tədbirində
İnqilab Məmmədov 2-ci liqaya göndərildi
Təmkin Xəlilzadə ulduz futbolçularla bir komandada
"Atletik"də Valverdeni kim əvəz edəcək?
Bu klub Bernardo Silva ilə danışıq aparır
Qasperini ilə yola getməyən Ranyeri "Roma"dan ayrılır
Ağdamda “İmarət” stadionunun tikintisinə başlanıldı - Video
Daha beş güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulur
Sabahkı oyunlar FİFA referilərinə tapşırıldı
Səudiyyə Ərəbistanı millisində yeni baş məşqçi
“Beşiktaş” və “Trabzonspor” yarımfinalda
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı