“Kəpəz”in Premyer Liqaya çıxması bizi çox sevindirdi. Ancaq təəssüflər olsun ki, aldığımız bu xəbər bütün “Kəpəz” azarkeşlərini, o cümlədən də bizi məyus etdi”.
Bu sözləri Qol.az-a açıqlamasında Millət vəkili Naqif Həmzəyev deyib.
Gəncə şəhərinin deputatı “Kəpəz”in stadionunun qəzalı vəziyyətdə olmasına görə ev oyunlarını Bakıda keçirməsinə münasibət bildirib. O, bunu klub və azarkeşləri üçün utancverici adlandırıb. Həmzəyev bildirib ki, komanda ev oyunlarını kiçik sayda azarkeşin iştirakı ilə Gəncədə keçirməlidir:
“Səbəbi tam olaraq bilinməsə də, ehtimal olunur ki, Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər stadionunda müəyyən qüsurların olması haqda verdiyi rəyə əsasən komandanın ev oyunlarının Bakıda keçirilməsi qərara alınıb. Bu da “Kəpəz” və onun azarkeşləri üçün çox utancverici bir xəbərdir. “Kəpəz” Gəncənin komandasıdır və öz tarixi var. Buna görə də “Kəpəz”in ev oyunlarının kiçik sayda – 1000-1500 azarkeşin iştirakı ilə Gəncədə keçirilməsi yaxşı olardı. Çünki “Kəpəz” həmişə öz gücünü azarkeşlərdən alıb. Bu baxımdan da mən AFFA rəsmilərindən və aidiyyatı qurumlardan xahiş edirəm ki, “Kəpəz” azarkeşlərinin istəyini nəzərə alaraq az bir sayda tamaşaçı iştirakı ilə komandanın ev oyunlarının məhz Gəncədə keçirilməsinə icazə verilsin. Belə olcağı təqdirdə bu, digər klublar üçün də maraqlı olacaq və Azərbaycan Premyer Liqası təkcə Bakıda yox, bölgədə də keçiriləcək. Klublar avtobus və ya təyyarə ilə Gəncəyə səfər edər. Bu, çox maraqlı olar və ümumilikdə Azərbaycan futboluna töhfə verər".
Millət vəkili onu da bildirib ki, “Kəpəz” ilk oyunda olmasa da, növbəti matçları mütləq Gəncədə keçirməlidir: “Son illər “Kəpəz”in ev oyunları həmişə Gəncədə keçirilib. Yalnız iki sektor qəzalı olduğu üçün ora tamaşaçılar buraxılmırdı. Ancaq indiyədək heç bir ciddi problemlə qarşılaşmamışıq. Düşünürəm ki, ilk oyuna çatmasa da, növbəti ev matçları mütləq Gəncədə keçirilməlidir. Belə olmasa, “Kəpəz”dən istədiyimiz nəticəni ala bilməyəcəyik və növbəti uğursuzluqla qarşılaşacağıq”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə