AFFA və PFL rəhbərliyi hakimlərlə görüşdü

AFFA və PFL rəhbərliyi hakimlərlə görüşdü
ÖLKƏ FUTBOLU 1 Avqust 2022 / 16:30 1659
-  A +

AFFA-nın baş katibi Sərxan Hacıyev və PFL-in prezidenti Elxan Səmədov Premyer Liqa və Birinci Divizion oyunlarını idarə edəcək hakimlərlə görüşüb.

Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Hakimlər Komitəsinin yeni sədri Barış Şimşek və komitə üzvləri də iştirak ediblər.

AFFA və PFL rəsmiləri hakimlərə yeni mövsümün startı ərəfəsində uğurlar arzulayıb və müvafiq tövsiyələrini veriblər.


Qarabağ FK
Son xəbərlər
topaz banner