“Lex” və “Sürix”lə oyunlardan əvvəl iddialı danışa bilirdim. Bilirəm ki, Çempionlar Liqasının matçları çətin olur. Amma “Qarabağ”ın mərhələ adlayacağı görünürdü. Çünki müdafiə, hücum xətti, balanslı oyun üslubu imkan verirdi ki, həmin rəqiblərin öhdəsindən gəlsinlər”.
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Aslan Kərimov deyib. O, “Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan “Ferentsvaroş"u ilə keçirəcəyi oyunlar barədə fikirlərini bölüşüb:
“Ferentsvaroş”la oyunlar barədə əmin danışmaq bir az çətindir. “Qarabağ” tam heyətlə oynasaydı belə, “Ferentsvaroş”la matçda çətinlik çəkərdi. Rəqibin hüçum xətti elədir ki, basqılı bir şəkildə oynayırlar. Bu da bizim üçün bir təhlükə yaradır. Sual verək ki, “Ferentsvaroş”un boşluqları varmı? Əlbəttə, var. Bu 2 matç “Sürix”lə cavab oyununun gedişatı kimi olacaq. Bir tərəfdən “Qarabağ” hücum edəcək, bir tərəfdən “Ferentsvaroş”. Aqressiv oyun keçəcək. Matç hər iki komandanın cərimə meydançasında olacaq. “Ferentsvaroş”un 2-ci təsnifat mərhələsində “Slovan”la oyunlarına baxanda görünür ki, “Slovan” onların müdafiə xəttini yara bilirdi. Bəzi boşluqlar yaranırdı. Çünki nə qədər öndə oynayırsansa, bir o qədər boşluq olur. Bundan əlavə, “Qarabağ”ın hücum xətti o səviyyədədir ki, rəqibin müdafiəsini yara bilər. İbrahima Vadjinin qol duyumu o qədər də yaxşı olmasa da, sürəti baxımından imkanlar yaranacaq. Yəni, ümidimiz Vadjiyədir. Abdullah Zubirdən də o qədər çox qol gözləmək olmur. Amma Ramil Şeydayev də işin öhdəsindən gələ bilər”.
Kərimov “Qarabağ”ın heyətindəki itkilərə də toxunub. O, zədəli Kevin Medinanın, cəzalı duruma düşənlər Riçard Almeyda və Kadi Borgesin yoxluğunun istənilən halda matça təsir edəcəyini deyib:
“Kadini Filip Ozobiç əvəz edə bilər. Onların hərəsinin özünəməxsus oyun üslubları var. Kadinin üstün tərəfi o idi ki, artıq bu çempionatda ayağı açılmışdı, qollar vururdu. Amma Ozobiçin yaxşı ötürmələri var. Bu baxımdan Kadi ondan üstün deyil. Hər halda Medina, Kadi, Almeydanın yoxluğu oyuna təsir edəcək. Riçardı yəqin ki, Qara Qarayevlə əvəz edəcəklər. Medinanın yoxluğunu doldurmaq isə bir az çətin olacaq. O, bu 4 matçın 4-də də müdafiədə basqı ilə oynadı. Sözün əsl mənasında Medina müdafiədə dirək kimi dayanmışdı. Yəqin ki, onun yerinə Bədavi Hüseynov əsas heyətdə meydana daxil olacaq. Bədavi “Sürix”lə matçda meydana çıxanda bütün mübarizələrdə yaxşı görünürdü. Amma cəmi 1 hissədə oynadı. Bütün matç boyu nə qədər və necə oynaya bilər, bunu artq oyun göstərəcək. Çünki Bədavi uzun müddətdir ki, oyun təcrübəsindən məhrum idi. Medina, Almeyda və Kadinin yoxluğu oyuna birmənalı şəkildə təsir edəcək”.
Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya isə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.
Nur Zeynalova
“Fənərbaxça” xal itirdi
"Məcbur deyilik ki, hər il çempion olaq" - Qurban Qurbanov
Klubun heç bir futbolçusu 3 qol vurmayıb
"Qarabağ"ın təcrübəsi öz sözünü dedi" - Valdas Dambrauskas
Salahın qolsuzluq seriyası davam edir
“Ona dedim ki, üzr istəmək lazımdır” - Qurban Qurbanov
“Qarabağ”dan əla geridönüş - Video
Baş məşqçi qırmızı vərəqə aldı, apelyasiyaya şikayət etdi
“Tofiq Bəhramov”dakı gərginliyin səbəbi müəyyənləşdi
"Qarabağ" - "Sabah" oyununda qalmaqal - Video
“Qarabağ” - “Sabah”: Möhtəşəm oyun, 6 qol
Finalissima matçı da baş tutmayacaq?
“Turan Tovuz” - “İmişli” matçından - Video
Millimizin üzvü oynadı, komandası qalib gəldi
"Rəqib qapımıza zərbə vura bilmədi” - Kurban Berdiyev
Levandovski sıradan çıxdı
Oruc tutan Yamal 3 qol vurdu - “Barselona” tarixinə düşdü
"Quba"nın futbolçusu mükafatlandırıldı
Osimhen kapitanlıq sarğısını niyə qəbul etməyib?
"Qarabağ" - "Sabah" - Heyətlər
Bu ölkə futbol yarışlarını dayandırdı
2-ci liqada 16-cı tura start verildi
Bəhluldan yeni xəbər
ETOPAZ 14 yaşında
"Turan Tovuz" - "İmişli": Heyətlər açıqlandı
Asiya Çempionlar Liqasının oyunları təxirə salındı
Yamaldan tarixi rekord
İran DÇ-2026-dan çəkilir?
Ronaldo meydanı axsayaraq tərk etdi - Şəkil
Marko Roysla müqavilə uzadıldı
“PFL-in mənə cavabına təəssüflənirəm” - Video
Azərbaycanlı futbolçular Albaniyada üz-üzə gəldilər
Qvardiola: “Dinlərə hörmət edin!”
Renat oynadı, komandası qalib gəldi
Yamalın het-triki, "Barselona"nın qələbəsi - Video
"Qalatasaray" və "Beşiktaş"dan qələbə
Mahir oynadı, komandası uduzdu
"O, döyüşçü xarakterli oyunçudur"
Flikdən "Barselona"da 100-cü oyun
Haaland start heyətdə yer almadı
Yamal ilk her-trikini etdi, rekorda imza atdı
"Liverpul" 7 qollu matçda qalib gəldi
Qubada baş tutmalı olan matçın yeri dəyişdirildi
Qəbələdə vurulan 2 qol - Video