Millimizin üzvü "Sumqayıt"la vidalaşdı

Millimizin üzvü "Sumqayıt"la vidalaşdı
ÖLKƏ FUTBOLU 1 Avqust 2022 / 11:48 2241
-  A +

“Sumqayıt”dan Təbrizin “Traktor” klubuna keçən Höccət Haqverdi İnstaqram səhifəsində bununla bağlı paylaşım edib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi “Sumqayıt”ı heç vaxt unutmayacağını yazıb:

“Təxminən iki ildən sonra “Sumqayıt”la vidalaşmağın vaxtı gəldi. Bu klubda çox gözəl günlər keçirmişəm və bu komandada olmaqdan qürur duyuram. Bütün heyətə, xüsusən də, mənə həmişə mehriban olan azarkeşlərə təşəkkürümü və minnətdarlığımı bildırirəm. “Sumqayıt”ı heç vaxt unutmaram və hamınız üçün darıxıram. Sizi yenidən görməyə ümid edirəm. Təşəkkürlər və gələcəkdə uğurlar. Böyük şəhərin tək komandası qürur mənbəyimizdir”.

Höccət Haqverdi 2021-ci ilin yanvarından bu ilin yayına qədər “Sumqayıt”da çıxış edib.

Daha çox


Son xəbərlər
01.03.26  17:06

Bəhluldan yeni xəbər

01.03.26  16:57

ETOPAZ 14 yaşında

01.03.26  13:22

Yamaldan tarixi rekord

topaz banner