Yığmamız Belarusa qalib gəldi

Yığmamız Belarusa qalib gəldi
ÖLKƏ FUTBOLU 31 İyul 2022 / 21:06 3277
-  A +

Bakıda təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Qol.az xəbər verir ki, “Dalğa Arena”da Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb.

U-19-un qollarını 44-cü dəqiqədə Qurban Səfərov və 56-cı dəqiqədə penaltidən Nəriman Axundzadə vurub.

Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş ilk oyun millimizin 1:0 hesablı qələbəsilə nətilənmişdi.

Daha çox


Son xəbərlər
01.03.26  17:06

Bəhluldan yeni xəbər

01.03.26  16:57

ETOPAZ 14 yaşında

01.03.26  13:22

Yamaldan tarixi rekord

topaz banner