Millimizin hücumçusu "Yanq Boyz"a qol vurdu - Video

Millimizin hücumçusu "Yanq Boyz"a qol vurdu - Video
ÖLKƏ FUTBOLU 31 İyul 2022 / 20:30 10009
-  A +

İsveçrə Superliqasında 3-cü turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi  "Qrasshopper" səfərdə lider "Yanq Boyz"la qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

46-cı dəqiqədə meydana daxil olan Dadaşov cəmi 3 dəqiqə sonra komandasının bərabərlik qolunu vuraraq "Qrasshopper"i məğlubiyyətdən xilas edib. 90+4-cü dəqiqədə isə Dadaşov sarı vərəqə ilə cəzlandırılıb.

Qeyd edək ki, 1 oyun az keçirən "Qrasshopper" 4 xalla 4-cü pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
24.04.26  20:15

"Real"da ciddi itki

topaz banner