Kevin Medina 2 aylıq sıradan çıxdı - Son durumu açıqlandı

Kevin Medina 2 aylıq sıradan çıxdı - Son durumu açıqlandı
ÖLKƏ FUTBOLU 31 İyul 2022 / 16:43 8522
-  A +

“Qarabağ”ın zədəli futbolçusu Kevin Medinanın son durumu müəyyənləşib.

Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında bildirib ki, kolumbiyalı müdafiəçi bu gün təkrar MRT müayinəsindən keçib və məlum olub ki, Medinanın durumu daha ciddidir, o, əvvəlcədən gözlənildiyi kimi 1 ay yox, 2 ay komandaya kömək edə bilməyəcək:

"Təkrar MRT müayinəsindən sonra qasıq bağlarında yırtıq olduğu dəqiqləşib. Bu isə o deməkdir ki, cərrahi müdaxiləyə ehtiyac var. Medina yaxın günlərdə ölkə xaricində əməliyyat olunacaq. Bərpa prosesi 2 aya yaxın çəkəcək. Bunu böyük təəssüf hissi ilə deyirəm, amma futbolda zədələr qaçılmazdır".

Xatırladaq ki, Kevin Medina ÇL-in 2-ci təsnifat mərhələsində “Sürix”lə səfər matçında zədələnib.

Daha çox


Son xəbərlər
01.03.26  17:06

Bəhluldan yeni xəbər

01.03.26  16:57

ETOPAZ 14 yaşında

01.03.26  13:22

Yamaldan tarixi rekord

topaz banner