Mahir Emreli qayıdışını qolla qeyd etdi - Video+Yenilənib

Mahir Emreli qayıdışını qolla qeyd etdi - Video+Yenilənib
ÖLKƏ FUTBOLU 30 İyul 2022 / 01:50 12768
-  A +

Xorvatiya çempionatında 3-cü turun oyunları keçirilib.

Qol.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su doğma meydanda “İstra 1961” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

Mahir də bu görüşün iştirakçısı olub. Zədədən yeni qayıdan futbolçu 81-ci dəqiqədə meydana buraxılıb və 7 dəqiqədən sonra komandasının 4-cü qolunu vurub. Bu, Mahirin yeni mövsümdə "Dinamo"da ilk qolu olub.

Qeyd edək ki, “Dinamo” 3 turdan sonra 9 xalla ilk pillədə qərarlaşıb


Qarabağ FK
Son xəbərlər
topaz banner