"Turan Tovuz" Gürcüstan klubuna qalib gəldi

"Turan Tovuz" Gürcüstan klubuna qalib gəldi
ÖLKƏ FUTBOLU 29 İyul 2022 / 20:20 3560
-  A +

“Turan Tovuz” Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Qol.az xəbər verir ki, 2022/23 mövsümü üçün hazırlıqlarını Tbilisidə davam etdirən komanda bu gün üçüncü yoxlama oyununda qüvvəsini sınayıb. Ayxan Abbasovun yetirmələri Gürcüstan yüksək liqa təmsilçisi Tbilisi "Qaqra"sı ilə üz-üzə gəlib. Ayxan Hüseynov və Natan Oduvanın qolları ilə "Turan Tovuz" meydandan 2:1 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Gürcüstan toplanışını başa vuran komanda sabah vətənə dönəcək.

Xatırladaq ki, "Turan Tovuz" bundan əvvəl "Merani"yə (Gürcüstan) 3:1 hesabı ilə qalib gəlmişdi, "Dinamo"ya (Tbilisi) 0:4 hesabı ilə uduzmuşdu.

Daha çox


Son xəbərlər
01.03.26  17:06

Bəhluldan yeni xəbər

01.03.26  16:57

ETOPAZ 14 yaşında

01.03.26  13:22

Yamaldan tarixi rekord

topaz banner