"Sumqayıt" portuqaliyalı futbolçu aldı

"Sumqayıt" portuqaliyalı futbolçu aldı
ÖLKƏ FUTBOLU 29 İyul 2022 / 13:05 3714
-  A +

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son mövsümü "Nasional"da (Portuqaliya) keçirmiş 28 yaşlı hücumameyilli yarımmüdafiəçi Filipe Çabi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Filipe Çabi Portuqaliyanın "Sportinq" (Lissabon) klubunun yetirməsidir. O, "Sportinq"lə yanaşı "Uniao Madeyra", "Belenenseş", "Kovilya", "B SAD", "Koimbra" və "Nasional"ın uğurları üçün çalışıb. Çabi Portuqaliyanın U-16, U-17, U-18 və U-19 millilərinə də dəvət alıb.

Daha çox


Son xəbərlər
01.03.26  17:06

Bəhluldan yeni xəbər

01.03.26  16:57

ETOPAZ 14 yaşında

01.03.26  13:22

Yamaldan tarixi rekord

topaz banner