“Ferentsvaroş” üçün Bakıda “Qarabağ”la qarşılaşmaq asan olmayacaq".
Qol.az xəbər verir ki, bu sözləri “Sputnik Azərbaycan”a müsahibəsində Rusiya millisinin keçmiş futbolçusu Aleksandr Səmədov deyib.
Əslən azərbaycanlı futbolçu bu görüş üçün proqnoz verməyin çətin olduğunu bildirib: “Ferentsvaroş” nizam-intizamlı, taktiki cəhətdən yaxşı hazırlanmış komandadır. Stanislav Çerçesov komandada nizam-intizamı necə qurmağı bilir. “Qarabağ” üçün də dəqiq asan olmayacaq. Amma “Qarabağ” da yaxşı komandadır. Ona görə də hər hansı proqnoz vermək çətindir”.
Səmədov "Qarabağ" və “Ferentsvaroş”un son matçlarına baxmadığını, lakin komandaların qarşıdakı görüşünü izləmək niyyətində olduğunu deyib. Keçmiş hücumçu görüş zamanı Çerçesovla Qurbanovun məşqçi kimi qarşıdurmasını izləməyin də onun üçün maraqlı olacağını bildirib.
Macarıstan klubu ilə oyunda “Qarabağ”ın futbolçuları Kadi Borqes və Riçard Almeyda cəzalı durumda olduqları üçün meydana çıxa bilməyəcəklər. Kolumbiyalı müdafiəçi Kevin Medina da zədə səbəbindən görüşü buraxacaq. Buna baxmayaraq, Səmədov Qurban Qurbanovun bu futbolçuları əvəz edəcək oyunçu tapacağına inanır: "Mən bildiyimə görə, "Qarabağ"ın yaxşı heyəti var və həmin futbolçulara layiqli əvəzləyici tapacaqlar. Təbii ki, komanda əsas oyunçusunu itirərsə, bu, işi çətinləşdirir. Amma ilk oyun Bakıda keçiriləcək. Azarkeşlər dəstək olacaqlar. Məncə, bu amilə görə “Ferentsvaroş”a Bakıda oynamaq çətin olacaq".
Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya Bakı vaxtı ilə 22:00-da start veriləcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə