"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Macarıstan "Fehervar"ına qalib gəldikləri cavab matçı (2:1, ilk oyun - 1:4) barədə fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, o, oyundan sonra keçirilən mətbuat konfransında deyib:
- Oyunun çətin keçəcəyini öncədən bilirdik. Rəqib yaxşı təşkilatlanmış komandadır. İlk oyunda böyük hesabla uduzmağımıza baxmayaraq, komandam bugünkü matça yaxşı motivasiya ilə çıxmışdı. Bir az şansımız olsaydı, nəticə fərqli ola bilərdi. Daha da güclü olacağıq.
- Ehtiyat qüvvənizin olmamağı oyununuza necə təsir etdi? Sanki Konfrans Liqasından daha çox Premyer Liqaya hazırlaşırsınız.
- Turnirə o qədər də soyuq yanaşmamışdıq. Biz də istəyərik ki, geniş heyətimiz olsun. Hər şey büdcəyə bağlıdır. Ehtiyat qüvvəmiz olsaydı, ilk matç da fərqli ola bilərdi. Nə qədər geniş heyətimiz olsa, o qədər yaxşı olar. Oyunun sonunda bəzi futbolçular yorulmuşdu. Amma onları əvəz etməyə futbolçumuz yox idi.
- İlk matçda komandanız yorğun görünürdü. Sanki ikinci hissədə komanda oyundan qopdu...
- Fiziki baxımdan heç bir problem yoxdur. Bu gün də gördünüz. İlk matçda ilkin Qırtımovun dili qatlanandan sonra heç kim futbolu düşünmürdü. Bu, oyunumuza təsir etdi. Bundan başqa komandanın 99 faizi ilk dəfədir ki, avrokubokda oynayır. Təcrübə də öz sözünü deyir. Həyəcan oyunumuza təsir etdi.
- Böyükhesablı məğlubiyyətdən sonra bu gün komandanı motivasiya etmək çətin olmadı?
- Komanda göstərdi ki, psixoloji cəhətdən çox möhkəmdir. (Sportal.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə