"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ötən gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə İsveçrədə heç-heçə edərək (2:2, ilk matç - 3:2) mərhələ adladıqları oyun barədə fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, o, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib: "Yenə də futbolçularımı təbrik etmək istəyirəm. İlk dəqiqələr gözləmədiyimiz kimi alınsa da, sonradan özümüzə gəldik və matçı sonadək düşündüyümüz kimi keçirdik. Sonda daha bir zərbə aldıq və yenidən toparlandıq. Bu, məni çox sevindirdi. Belə oyunlar komandanı böyüdür. Bu, bir daha göstərdi ki, futbol final fitinədək oynanılır və biz sonadək vuruşmalı, bir-birimizə güvənməliyik. Nəticə öz yerində, bu oyundan klub olaraq çox şey əldə etdik. Gələcəyimiz üçün faydalı olacaq".
Mütəxəssis görüşün baş hakimi Allard Lindhautun qərarlarından narazı qaldığını bildirib: "Ola bilər ki, karyeram ərzində referiyə ən çox etiraz etdiyim oyun oldu. Bəlkə də kənardan o qədər görünmürdü. Amma bəzi epizodlarda fitlər verilirdi. Bunun səbəbini bilmirdik. "Sürix" evdə oynadığından onlara qarşı simpatiya ola bilərdi. Bəzən etirazı taktiki gediş kimi edirdim. Dedim, qoy, düşünməsinlər ki, heç nəyi görmürük, bilmirik. Məncə, hardasa faydası da oldu. Dəfələlərlə dediyimiz şeylərdir. Ona görə də təkrar fikir bildirmək istəmirəm".
Qurbanov ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la (Macarıstan) matçöncəsi itkilərlə barədə bu sözləri deyib: "Buna da hazır olmalıyıq. Bütün matçlara optimal heyət və forma ilə çıxa bilmərik. Qarşıdakı günlərdə rəqibi tam tanıyandan sonra hansı addımları ata biləcəyimizi düşünəcəyik. Sadəcə, bilirik ki, Kadi Borges, Riçard Almeyda və Kevin Medina oynamayacaq. Bu, dəqiqdir. Əlimizdəki digər oyunçulara çox güvənirik. Buna uyğun dəyişikliklər edə bilərik".
Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə