"Sabah"ın sonuncu rəqibi də bilindi

"Sabah"ın sonuncu rəqibi də bilindi
ÖLKƏ FUTBOLU 28 İyul 2022 / 15:03 1482
-  A +

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah”ın hazırlıq çərçivəsində keçirəcəyi son yoxlama oyunundakı rəqibin adına aydınlıq gəlib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, komanda Kiprin yüksək liqa təmsilçisi “Nea Salamina” klubu ilə qarşılaşacaq. Görüş iyulun 30-da Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, iyulun 17-dən Banskoda təlim-məşq toplanışında olan "Sabah" bu günə kimi hazırlıq çərçivəsində İsrailin “Hapoel Hadera” (0:1) və Kiprin “Akritas Xlorakas” (2:3) klubları ilə qarşılaşıb. Bolqarıstan toplanışına iyulun 31-də yekun vurulacaq.

Daha çox


Son xəbərlər
01.03.26  17:06

Bəhluldan yeni xəbər

01.03.26  16:57

ETOPAZ 14 yaşında

01.03.26  13:22

Yamaldan tarixi rekord

topaz banner