“Əvvəlcə “Qarabağ”ı növbəti mərhələyə adlamağı münasibəti ilə təbrik edirəm. Artıq Konfrans Liqasının qrup mərhələsindəki yerlərini təmin ediblər. Amma mən inanıram ki, “Qarabağ” bu heyətlə, oyunla Çempionlar Liqasının qrup mərhələsinə yüksələcək”.
Bu sözləri Qol.az saytına açıqlamasında futbol mütəxəssisi Yunis Hüseynov deyib. O, “Qarabağ”ın ötən gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə cavab matçında heç-heçə edərək (2:2, ilk görüş - 3:2) mərhələ adlaması barədə danışıb:
“Matç İsveçrədə olduğuna görə “Sürix” aqressiv oynayırdı. Futbolçuları zədələməyə çalışırdılar. Hətta Abdullah Zubir topsuz olanda da onu vururdular. Amma buna baxmayaraq, “Qarabağ” yenə öz oyununu nümayiş etdirdi. “Qarabağ” ilk matçdakı kimi cavab oyununda da “Sürix”dən üstün futbol göstərdi. “Qarabağ”ın qol imkanları da “Sürix”dən daha çox idi. “Sürix”in yadda qalan epizodları yox idi. Maraqlı oyun alındı. Mən əvvəl də demişdim ki, “Qarabağ” “Sürix”i keçəcək. Bu da özünü doğrultdu”.
Y. Hüseynov Ağdam təmsilçisinin ÇL-in 3-cü təsnifat mərhələsində “Ferentsvaroş”la keçirəcəyi oyunlara da toxunub. O, “Qarabağ”da ötən gün zədələnən Kevin Medina və cəzalı duruma düşənlər Kadi Borges və Riçard Almeydanın yerini doldura biləcək futbolçuların olduğunu deyib:
“Bu itkilərə görə problem yarana bilər. Çünki həmin oyunçular “Qarabağ”ın aparıcı futbolçularıdır. Onlar hazırda ən yaxşı formalarındadırlar. Özlərini yaxşı tərəfdən göstərirlər. Amma mənə elə gəlir ki, Medina, Almeyda və Kadinin yerinə meydana çıxacaq futbolçular onların yoxluğunu hiss etdirməyəcəklər. “Qarabağ”da həm müdafiə xəttində, həm də orta xətdə kifayət qədər təcrübəli, avrokuboklarda oynamış futbolçular var. Ehtiyatda olan oyunçular onsuz da bilirlər ki, komanda qrup mərhələsinə düşməyə çalışır. Buna görə də həmin futbolçularda başqa bir motivasiya olur. Bu, ölkə çempionatının oyunu deyil ki, deyəsən, 1 oyunluq yola vermək olar. Çempionlar Liqasının qrupuna düşmək istəyən komandanın hər bir futbolçusu meydana çıxanda zədəli, cəzalı oyunçunun yoxluğunu hiss etdirməməlidir. Düşünürəm ki, “Qarabağ”da da belə futbolçular var. Onlar “Ferentsvaroş”la görüşdə digərlərinin yoxluğunu hiss etdirməyəcəklər. “Qarabağ”ın “Ferentsvaroş”u da keçəcəyini düşünürəm”.
Mütəxəssis “Qarabağ”ın “Sürix”lə oyunlarda ümumilikdə 4 qol buraxmasını belə şərh edib:
“Qarabağ”ın hücum xətti həmişə güclü olub. Düzdür, elə matçlar var ki, müdafiədə anlaşılmazlıq olub. Amma “Qarabağ” oyun ərzində bütün gücünü irəliyə verir. Komandada müdafiə oturmaq fikri yoxdur. Bunu oyunda da gördük. “Qarabağ” özündən üstün rəqiblərlə oynayanda belə gücü hücum xəttinə verir. Belə olanda bəzən müdafiədə boşluqlar ola bilir. Futbolda belə şeylər olur. Mübarizə aparırsansa, qol da buraxacaqsan. Ona görə məncə, elə bir problem yoxdur. Müdafiə xəttində Bədavi Hüseynov, Bəhlul Mustafazadə kimi yaxşı futbolçular var. Bədavinin avrokuboklardakı təcrübəsi həddindən artıq çoxdur. Mənə elə gəlir ki, bu futbolçular boşluq yaratmayacaqlar. Çempionlar Liqasının qrupuna düşmək istəyirsənsə, mümkün qədər qol buraxmamalısan. Düşünürəm ki, qarşıdakı oyunlarda arxa xəttə də önəm vermək lazımdır. Çünki “Ferentsvaroş” elə-belə rəqib deyil, güclü komandadır”.
Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.
Nur Zeynalova
Yamal La Liqada ən yaxşı seçildi
UEFA onu 6 oyunluq cəzalandırdı: DÇ-2026-nı da buraxa bilər
Jalə Əliyeva bürünc medal qazandı
"Real"da ciddi itki
Azərbaycan güləşçisi finalda!
Kenan Yıldız "Milan"a qarşı oynayacaq, ya yox?
"Tottenhem" psixoloq axtarır
Yenilənən “Azərsun Arena”dan ilk - Video
Ranyeri "Roma"dan ayrıldı - Rəsmi
AFFA Yohan Kroyff İnstitutu ilə əməkdaşlığa başladı
De Liqt 5 aydan sonra qayıtdı
Türkiyənin məşhur brendi “Qarabağ”ın tərəfdaşı oldu - Şəkil
Finalın nominal meydan sahibi məlum oldu
Kapitan "Zirə"də qalacaq? - "Danışığımız olub"
AFFA rəsmisi UEFA-nın tədbirində
İnqilab Məmmədov 2-ci liqaya göndərildi
Təmkin Xəlilzadə ulduz futbolçularla bir komandada
"Atletik"də Valverdeni kim əvəz edəcək?
Bu klub Bernardo Silva ilə danışıq aparır
Qasperini ilə yola getməyən Ranyeri "Roma"dan ayrılır
Ağdamda “İmarət” stadionunun tikintisinə başlanıldı - Video
Daha beş güləşçimiz Avropa çempionatında mübarizəyə qoşulur
Sabahkı oyunlar FİFA referilərinə tapşırıldı
Səudiyyə Ərəbistanı millisində yeni baş məşqçi
“Beşiktaş” və “Trabzonspor” yarımfinalda
Maykl Kinlə yubiley müqaviləsi imzalandı
Quliyev və Səfərovun dublları, "Səbail"in qələbəsi - Video
Vinisius Mbappedən az maaş alacaq
Günay Qurbanova Avropa çempionatında bürünc medal qazandı
Azarkeşlərin davranışı kluba baha başa gəldi
Avropanın ən baxımlı komandası oldular
"Mançester Yunayted"ə keçə bilər
"Nyukasl" Qordon üçün 80 milyon tələb edir
"Fənərbaxça"dan derbidən öncə gözlənilməz qərar
Rəhim Həsənov hakimin qərarlarını təsdiqlədi - Video
Rəqib qapısına zərbə vurmadan finala yüksəldilər
1-ci liqada 23-cü tura yekun vuruldu
20-cini vurdu, 30-cu oldu
“Zirə”nin 3-cü, “Sabah”ın 2-ci finalı
PSJ növbəti oyuna itki ilə çıxacaq
Azərbaycan millisi Belarusla qarşılaşacaq
"Barselona" təsdiqlədi: Bu mövsüm oynaya bilməyəcək
UEFA Arda Turanı cərimələdi
"Real" Ardanın zədələndiyini açıqladı
İstanbul derbisinin hakimləri bilindi
"Sabah" Rəvan Həmzəzadəni özü ilə aparacaq?!
Artetanın oğlu "Arsenal"da debüt etdi
Yamal zədələndi