“Oyundan və futbolçularımdan çox danışmaq olar. Amma istəmirəm danışım. Sadəcə, futbolçularımı bağrıma basıram, hər birini təbrik edirəm".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə cavab matçından (2:2) sonra keçirilən mətbuat konfransında deyib.
İlk oyunda rəqibini 3:2 hesabı ilə məğlub edən Ağdam təmsilçisi iki matçın nəticəsinə görə 3-cü təsnifat mərhələsinə yüksəlib. Qurbanov futbolçularının sona qədər döyüşdüyünü bildirib:
"Bu gün həqiqətən də “Qarabağ”a layiq inamlı insanlar gördük. Bu gün meydanda güclü bir kollektiv var idi. Mən həmişə futbolçularımızı döyüşçü adlandırıram. Həqiqətən bu gün oyunun əvvəlində taktiki savaş, sonra isə döyüş getdi. Hər bir halda futbolçularım buna layiq idi. Allaha şükür ki, hər şey istədiyimiz kimi oldu. Əvvəl də demişdim ki, "Sürix" bizə uyğun rəqib deyil. Bütün Azərbaycanl təbrik edirəm. “Sürix”ə gələcək oyunlarda uğurlar arzulayıram.
Q.Qurbanov hesabda geri düşəndə futbolçularına hansı tapşırıqları verməsindən də danışıb: "Bəli, bir az gərgin dəqiqələr idi. Futbol dilində anlatdım hər şeyi. Belə oyunlar həm futbolçuları, həm də məni daha da böyük edir. Bəzən bu cür matçlarda məğlub olsaq da, məyus olmuram. Belə oyunlar hamımıza lazımdır. Bəzi tapşırıqları verdim. Rəqibin uzun ötürmələrində diqqətli olmağı tapşırdım. Başqa tapşırıqlar da oldu. İndi hamısı yadımda deyil. Bu da bir təcrübə oldu".
Baş məşqçi zədəli futbolçuların durum haqda isə deyib: "Medinanın zədəsi ciddiyə oxşayır. Sabah axşam Bakıda daha dəqiq diaqnoz qoyulacaq. Digər futbolçularda yorğunluqdan olan zədələrdir".
Q.Qurbanov əvəzetmələri haqda da danışıb: "Belə oyunlarda 5 əvəzetmə haqqının olması bir az üstünlükdür. Çünki biz avrokuboklara daha tez, komanda optimal formadan uzaq olan vaxt başlayırıq. İlk oyunlarda bəlkə futbolçuların hazırlıqsız olmalarına görə əvvəlcədən bəzi planlarımız olur. Amma get-gedə oyunların gedişatı məcbur edir ki, bu addımları ataq. Həmişə ehtiyatımızı saxlayırdıq ki, bəlkə kimsə zədələnər, həddən artıq yorular və ya əlavə vaxt olar. Bu 5 əvəzetmə hər bir komana üçün böyük üstünlükdür".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə