“İlk oyunda Kiprdə məğlub olduq. Həmin görüşü təhlil etdik, danışdıq. Sabah meydana çıxıb hər kəsə birinci matçın təsadüf olduğunu göstərməliyik".
Qol.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının 2-ci təsnifat mərhələsidə Kipr “Aris”i ilə cavab oyunu öncəsi mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis daha sonra bildirib: “Aris”ə böyük hörmətlə yanaşırıq. Amma sabah əlimizdən gələni edəcəyik ki, dönüş yarada bilək. Həm özümüz, həm də fanatlarımız üçün qələbə qazanaraq, növbəti mərhələyə yüksəlməyə çalışacağıq”.
O, hazırda rəqibi daha yaxşı tanıdıqlarını söyləyib: "İlk oyundan əvvəl də bunu demişdim. Biz indi rəqibi daha yaxşı tanıyırıq. İlk görüşdə “Aris”in yüz faizlik şansı var idi, top qapı tirindən döndü. Həmçinin bizim də imkanlarımız oldu. Bir epizodda da penaltimiz verilmədi. İkinci məqam odur ki, rəqibin mərkəz müdafiəçisinin sarı vərəqəsi var idi. Bizim qapıçıya qarşı kobudluq etdiyi zaman ikinci sarı vərəqə ilə meydandan qovulmalı idi. “Aris”in aqressiv oynaması normal idi, evdə oynayırdı. Biz də sabah eyni şeyi etməyə çalışacağıq.Komandaya güvənirəm. Lazımi nəticə əldə edəcəyimizə inanıram. Bunu sabah görəcəksiniz".
Baş məşqçi mətbuat konfransına “Aris”in əleyhinə danışmaq və ya onlar haqda pis söz demək üçün gəlmədiyini deyib: "Yalnız öz fikirlərimi çatdırmağa çalışıram. Buradan “Neftçi” fanatlarına mesaj göndərmək istəyirəm ki, sabah döyüşəcəyik. Çalışacağıq döyüşkən komanda quraq. Mən öz oyunçularıma siqnal ötürməliyəm, onlar da meydanda buna əməl etməlidirlər. İtiriləsi heç nəyimiz yoxdur. Birinci oyunun ilk 20 dəqiqəsində meydanda yatdıq, 2 qol buraxdıq. Səmimi desəm, 3-cü topu da buraxmalı idik. 3-cü qolu buraxsaydıq, köklənmək daha çətin olardı. Ona görə də bu, mənim üçün işarədir. Oyunçularıma düzgün göstəriş verməyə çalışıram. Həftə ərzində bütün səhvlərimizi izah etdim. Dönüş yaratmaq üçün əlimizdən gələni etməli və 90 dəqiqənin ardından nəticəyə baxmalıyıq. İndidən deyə bilmərəm ki, sabah 5 qol vuracağıq. Amma onu deyə bilərəm ki, mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik".
Regekampf "Aris"lə oyun üçün start heyəti müəyyənləşdirdiyini bildirib: "Bu barədə məlumat verə bilmərəm. Sabah oyunçularımız meydana qələbə üçün çıxacaq. Dolu tribunaların oyunçularımıza müsbət təsir edəcəyini düşünürəm. Sabah fanatlarımızla qələbəni qeyd edəcəyimizə inanıram".
Mütəxəssis "Neftçi"nin etdiyi transferlərlə bağlı isə bunları söyləyib: "Edilən bütün transferləri rəhbərlik, skaut departamenti, məşqçi heyəti olmaqla hamımız birlikdə etmişik. Vaxt azlığından daha çox variantlara baxa bilmədik. Düşünürəm ki, düzgün seçimlər etmişik. Bu transferlər də “Neftçi”yə xeyirli olacaq".
O, azarkeşlərə mərhələ adlamasalar belə, qələbə qazanacaqlarına söz verib-vermədiyi ilə bağlı sualı belə cavablandırıb: "Danışmaq, söz vermək çox asandır. İlk oyundan sonra çox üzülmüşdüm. Fanatlarımızla da görüşümüz olub. Əminliklə deyə bilərəm ki, qələbə üçün əlimizdən gələni edəcəyik. Güclü rəqibə qarşı oynayacağıq. Bir yerdə yaxşı çıxış edirlər. Ehtiyatlı olmalıyıq. Sabah nə etməli olduğumuzu bilirik. Futbolçularım da başa düşür".
Qeyd edək ki, sabah "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Aris" görüşü saat 21:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşmada Bakı klubu 0:2 hesabı ilə uduzub.
“Fənərbaxça” xal itirdi
"Məcbur deyilik ki, hər il çempion olaq" - Qurban Qurbanov
Klubun heç bir futbolçusu 3 qol vurmayıb
"Qarabağ"ın təcrübəsi öz sözünü dedi" - Valdas Dambrauskas
Salahın qolsuzluq seriyası davam edir
“Ona dedim ki, üzr istəmək lazımdır” - Qurban Qurbanov
“Qarabağ”dan əla geridönüş - Video
Baş məşqçi qırmızı vərəqə aldı, apelyasiyaya şikayət etdi
“Tofiq Bəhramov”dakı gərginliyin səbəbi müəyyənləşdi
"Qarabağ" - "Sabah" oyununda qalmaqal - Video
“Qarabağ” - “Sabah”: Möhtəşəm oyun, 6 qol
Finalissima matçı da baş tutmayacaq?
“Turan Tovuz” - “İmişli” matçından - Video
Millimizin üzvü oynadı, komandası qalib gəldi
"Rəqib qapımıza zərbə vura bilmədi” - Kurban Berdiyev
Levandovski sıradan çıxdı
Oruc tutan Yamal 3 qol vurdu - “Barselona” tarixinə düşdü
"Quba"nın futbolçusu mükafatlandırıldı
Osimhen kapitanlıq sarğısını niyə qəbul etməyib?
"Qarabağ" - "Sabah" - Heyətlər
Bu ölkə futbol yarışlarını dayandırdı
2-ci liqada 16-cı tura start verildi
Bəhluldan yeni xəbər
ETOPAZ 14 yaşında
"Turan Tovuz" - "İmişli": Heyətlər açıqlandı
Asiya Çempionlar Liqasının oyunları təxirə salındı
Yamaldan tarixi rekord
İran DÇ-2026-dan çəkilir?
Ronaldo meydanı axsayaraq tərk etdi - Şəkil
Marko Roysla müqavilə uzadıldı
“PFL-in mənə cavabına təəssüflənirəm” - Video
Azərbaycanlı futbolçular Albaniyada üz-üzə gəldilər
Qvardiola: “Dinlərə hörmət edin!”
Renat oynadı, komandası qalib gəldi
Yamalın het-triki, "Barselona"nın qələbəsi - Video
"Qalatasaray" və "Beşiktaş"dan qələbə
Mahir oynadı, komandası uduzdu
"O, döyüşçü xarakterli oyunçudur"
Flikdən "Barselona"da 100-cü oyun
Haaland start heyətdə yer almadı
Yamal ilk her-trikini etdi, rekorda imza atdı
"Liverpul" 7 qollu matçda qalib gəldi