Bu gün “Qarabağ” Çempionlar Liqasının ikinci təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Qol.az xəbər verir ki, Ağdam təmsilçisi Bakıda 3:2 hesabı ilə qalib gəldiyi İsveçrə “Sürix”inin qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Növbəti mərhələyə adlamaq üçün Ağdam klubunu heç-heçə də qane edir. Artıq səfər qolu qaydası ləğv olunduğundan komanda əsas və əlavə vaxtda 1 top fərqi ilə uduzarsa, penaltilər seriyası təyin olunacaq.
“Qarabağ” bu gün mərhələ adlayarsa və ya adlamazsa onun üçün avrokubokdakı gələcək müsbət və mənfi ssenari necə olacaq?
Ağdam klubunun bu gün mərhələ adlaması komandaya Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinə vəsiqə qazandırmaqla yanaşı aşağıdakı üstünlükləri də verəcək:
1. Ən azı UEFA Konfrans Liqasının qrupu və həmin turnirin mükafatı kimi 2,9 milyon avro avtomatik olaraq təmin ediləcək.
2. Ən azı UEFA Avropa Liqasının pley-off mərhələsi təmin ediləcək.
3. Komanda Çempionlar Liqasının “pley-off”una bir mərhələ də yaxınlaşacaq.
Bu o deməkdir ki, “Qarabağ” ÇL-də üçüncü mərhələni uduzacağı halda belə, Avropa kuboklarında mübarizəni davam etdirəcək (ən pis halda Konfrans Liqasının qrupunda).
Yeri gəlmişkən, “Qarabağ” – “Sürix” cütünün qalibi ÇL-in 3-cü təsnifat mərhələsində "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandaların Budapeştdəki ilk görüşündə Slovakiya klubu 2:1 hesabı ilə qələbə qazanıb. Komandaların cavab görüşü bu gün Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.
Bəs, “Qarabağ” bu gün “Sürix”ə uduzaraq mərhələ adlamazsa, nə olacaq?
Bu halda da komanda Avropa kuboklarında mübarizəni davam etdirəcək. Bu dəfə Avropa Liqasının üçüncü təsnifat mərhələsində. Rəqib isə ÇL-in ikinci təsnifat mərhələsinin digər cütü - "Budyo Qlimt" (Norveç) - "Linfild" (Şimali İrlandiya) cütünün məğlubu olacaq. Bu komandaların Şimali İrlandiyadakı ilk oyununda meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıblar. Norveçdəki cavab görüşü bu gün Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Avropa Liqasında 3-cü mərhələnin qalibi ən azı turnirin “pley-off”una və Konfrans Liqasının qrupuna vəsiqəni təmin edir. 3-cü mərhələdə məğlub olacaq komanda isə Avropa kubokunda mübarizəni bu dəfə Konfrans Liqasının pley-off mərhələsində oynamaqla davam etdirəcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə