Ramin Musayev “Qarabağ”la İsveçrəyə getdi

Ramin Musayev “Qarabağ”la İsveçrəyə getdi
ÖLKƏ FUTBOLU 25 İyul 2022 / 18:38 4160
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün İsveçrəyə yola düşüb.

Qol.az-ın əldə etdiyi xəbərə görə, PFL rəhbəri Ağdam komandası ilə birgə - klubun təşkil etdiyi çarter reysi ilə Sürixə yollanıb. Səfərdə məqsəd “Qarabağ”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Sürix” - “Qarabağ” oyununu canlı izləməkdir.

Xatırladaq ki, bu görüş iyulun 27-də keçiriləcək. Komandaların Bakıdakı ilk oyununda “Qarabağ” 3:2 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner