Zahavi "Zirə" ilə oyuna hazırdır

Zahavi "Zirə" ilə oyuna hazırdır
ÖLKƏ FUTBOLU 25 İyul 2022 / 11:50 1528
-  A +

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Makkabi”nin (Təl-Əviv”) zədəli futbolçuları sağalıb.

Qol.az İsrail mətbuatına istinadən xəbər verir ki, Bakıda keçirilən ilk matçı buraxan 3 futbolçu cavab görüşünə hazırdır.

Bunlar yarımmüdafiəçilər Dan Qleyzer, Nir Biton və hücumçu Eran Zahavidir. Onlar komanda ilə birlikdə məşq edirlər.

Qeyd edək ki, “Makkabi” ilə “Zirə” arasında iyulun 28-də Təl-Əvivdəki “Blumfild” stadionunda keçiriləcək cavab matçı Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. “Dalğa Arena”dakı ilk görüşdə "Zirə" 0:3 hesabı ilə məğlub olub.

Daha çox


Son xəbərlər
01.03.26  17:06

Bəhluldan yeni xəbər

01.03.26  16:57

ETOPAZ 14 yaşında

01.03.26  13:22

Yamaldan tarixi rekord

topaz banner