"Tottenhem"in yetirməsi "Turan Tovuz"da

"Tottenhem"in yetirməsi "Turan Tovuz"da
ÖLKƏ FUTBOLU 25 İyul 2022 / 10:48 5740
-  A +

Premyer Liqaya hazırlaşan “Turan Tovuz” heyətinə daha bir legioner futbolçu cəlb edir.

Bu barədə Qol.az-a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. O, ingiltərəli Natan Oduva ilə razılaşdıqlarını deyib.

Ötən mövsüm “Şamaxı”da çıxış etmiş 26 yaşlı yarımmüdafiəçi komandanın Tiflisdəki düşərgəsindədir. Ayxan Abbasov Oduva ilə Bakıda müqavilə imzalayacaqlarını bildirib.

Qeyd edək ki, Natan Oduva “Tottenhem”in yetirməsidir. O, İngiltərənin U-17, U-18 və U-20 millilərində də çıxış edib.

Daha çox


Son xəbərlər
23.04.26  13:19

Yamal zədələndi

topaz banner