"Səbail" "Dinamo"ya uduzdu

"Səbail" "Dinamo"ya uduzdu
ÖLKƏ FUTBOLU 22 İyul 2022 / 21:50 3336
-  A +

Hazırlıq prosesini Gürcüstanda davam etdirən "Səbail" burada ilk yoxlama görüşünə çıxıb.

Qol.az xəbər verir ki, Mahmud Qurbanovun baş məşqçisi olduğu komanda "Dinamo" ilə qarşılaşıb. Matç Tbilisi klubunun 2:0 hesablı qələbəsilə başa çatıb.

Xatırladaq ki, "Səbail" Gürcüstanda daha 2 yoxlama oyununa çıxacaq. İyulun 25-də “Qaqra” ilə qarşılaşacaq “dənizçilər”, ayın 29-da da “Dila”nı sınağa çəkəcək. Bu oyunlar isə eyni saatda 18:15-də başlayacaq.

Qeyd edək ki, "Səbail" Bakıdakı təlim-məşq toplanışı çərçivəsində "Kəpəz"i 3:1 məğlub edib, "Sabah"a 1:3 uduzub.


Qarabağ FK
Son xəbərlər
topaz banner