"Neftçi"yə daha çox qol vura bilərdik" - "Aris"in futbolçusu

"Neftçi"yə daha çox qol vura bilərdik" - "Aris"in futbolçusu
ÖLKƏ FUTBOLU 22 İyul 2022 / 11:40 2326
-  A +

“Aris”in futbolçusu Matiya Şpolyariç Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Neftçi” ilə ilk oyunundan sonra açıqlama verib.

Qol.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Cytavision"a açıqlamasında 2:0 hesablı qələbəni belə şərh edib:

“Rəqibi təhlil etmişdik və yaxşı komanda olduğunu bilirdik. Qələbə qazandığımız üçün xoşbəxtik. Daha çox qol vura bilərdik. Hazırlıq mərhələsində çox çalışmışdıq. Buna görə komandama təşəkkür edirəm. Tapşırıqların öhdəsindən gəldik”.

Xatırladaq ki, “Neftçi” “Aris”lə cavab oyununu iyulun 28-də Bakıda keçirəcək.

Daha çox


Son xəbərlər
01.03.26  17:06

Bəhluldan yeni xəbər

01.03.26  16:57

ETOPAZ 14 yaşında

01.03.26  13:22

Yamaldan tarixi rekord

topaz banner