"Oyunun ikinci hissəsinin əvvəlindən narazı qaldım. Komanda reaksiya vermədi. İlk hissədə qol vura bilərdik. İndi analiz etmək çətindir. Futbolçularla söhbət etmişəm. Demişəm ki, Bakıda daha yaxşı hazırlaşmalıyıq. “Aris”i təbrik edirəm. Amma cavab oyunumuz var. Azarkeşlərimizlə birlikdə qələbə qazanmağa, mərhələ adlamağa çalışacağıq”.
Qol.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr "Aris"inə 0:2 hesabı ilə uduzduqları ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.
"Fiziki cəhətdən danışmalı deyilik. Hər şey qarşılaşmaya köklənməkdən asılıdır. Biz başqa cür davranmalı, mübarizə aparmalı və özümüzü qurban verməliyik. Hər şeyi etməliyik ki, növbəti oyunda istəyimizə çataq. İkinci matç daha fərqli olacaq. Biz evdə oynayacağıq. Rəqibi sıxmağa və aqressiv oynamağa çalışacağıq. Şans yarandıqda isə qollar vurmalıyıq. Komandada döyüşkən ruh olmalıdır. Futbolçular özlərinə inanmalıdırlar. Çünki "Neftçi" üçün oynayırlar. Bu, böyük tarixi olan klubdur" - deyə o bildirib.
Regekampf komandada döyüş ruhunun vacibliyini qeyd edib: “Komandada daha çox döyüş ruhu olmalıdır. Futbolçular özlərinə inanmalıdır. “Neftçi”də, böyük tarixə malik klubda oynadıqları üçün meydanda daha çox şey etməlidirlər. Sabahdan cavab görüşünün hazırlığına başlayacağıq. 0:2 hesabı ilə uduzmağımız normaldır. İkinci görüşdə nə itirə bilərik ki? Yalnız qələbə qazanmalıyıq. Qarşılaşmaya hazırlaşıb geridönüş etməliyik. Azarkeşlərin nəticədən narazı qaldıqlarını bilirəm. Komandam adından onlardan üzr istəyirəm”.
Mütəxəssis "Aris" haqqında danışmaq istəmədiyini deyib: "Bura "Aris" haqda danışmağa gəlməmişəm. Mın yalnız öz komandam haqda danışıram. Onu deyə bilərəm ki, bizim oyunumuz və ikinci hissədə verdiyimiz reaksiya gözlənilməz idi. Futbolçularımla birlikdə bu oyunu təhlil edəcəyik və cavab matçına daha hazırlıqlı olacağıq.
Baş məşqçi rəqibə yuxarıdan aşağı baxmadığını söyləyib: "Onları təbrik edirəm. Amma bizim cavab oyunumuz var. Hər şey mümkündür. Birinci hissədə şanslardan birini qola çevirsəydik, nələr baş verəcəyini bilmək olmaz. Rəqibə böyük hörmətimiz var. Amma mübarizə aparacağıq".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə