"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Makkabi"yə (Tel-Əviv, İsrail) Bakıda uduzduqları ilk matç (0:3) haqda danışıb.
Qol.az xəbər verir ki, 40 yaşlı mütəxəssis oyundan sonra təşkil olunan mətbuat konfransında məğlub olmaqlarına baxmayaraq, komandasından razı qaldığını deyib:
"Oyunun həlledici məqamları ilk iki qol oldu. Bizim də imkanlarımız var idi. Rəqib səhvlərimizdən sonra fərqləndi, biz isə kombinasiyalı hücumlar qurduq. Sevindirici məqam odur ki, uşaqlar oyundan qopmadılar. Onlardan razıyam. Səhvlər olmasaydı, böyük hesabla uduzmayacaqdıq. Bununla belə, oyunda yeni səviyyəyə qalxdığımızı gördüm. Səhvsiz futbol olmur. Rəqibdən nə gözləyirdiksə, onu da meydanda gördük. Bu gün məqsədimiz dağıdıcı yox, yaradıcı, kombinasiyalı oyun nümayiş etdirmək idi. Məsələn, kubokun finalında müdafiədən oynayırdıqsa, bu dəfə məqsədimiz belə deyildi. Rəqibdən nə gözləyirdiksə, onu da meydanda gördük".
Gənc mütəxəssis səfər matçı barədə də danışıb: “Hesab böyükdür. Amma səfərə gedəndə əlimizi yana salmayacağıq. Mən Rəhim Sadıxovun oyunundan razı qaldım. Ola bilər ki, ilk dəqiqələrdə özünü göstərə bilmədi. Amma zaman keçdikcə oyundan oyuna topla davranışı qaydasında idi. Rüstəm Əhmədzadə də özünü yaxşı tərəfdən göstərdi. Onu ehtiyatda oturtmağı düşünmürəm”.
Sadıqov vurğulayıb ki, heyəti genişləndirməyə çalışırlar: "Yeni futbolçu transfer etməyə çalışırıq. Çünki komandamız əsasən gənclərdən qurulub. Yeni transferlər etməsək, mövsüm öncəsi işimiz çətin olacaq. Yaxşı legioner almağı düşünürük. Ad xatirinə transfer etmək istəmirik".
Qeyd edək ki, bu komandalar cavab qarşılaşaması iyulun 28-də Təl-Əvivdə olacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video
Azərbaycan – Çexiya matçının hakimləri bilindi
Mateus Kunya sevincindən uçdu - Video
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
"Qalatasaray", "Barselona" və PSJ-dən qələbə
Makkarti: “Rəqib də bizim haqqımızda düşünməlidir”
“Mənfi hadisələrdən də nəticə çıxarmaq mümkündür”
"Turan" voleybol klubundan ÇL-də növbəti qələbə